Tramp Baş nazirlə mətbuat konfransında: İndi hər şey Rusiyadan asılıdır, razılaşsalar, işi 80 faiz həll etmiş saya bilərik
Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə ötən günki atəşkəslə bağlı razılaşmadan danışıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Ağ Evdə İrlandiyanın baş naziri Mişel Martinlə görüşdən sonra keçirdiyi brifiqndə rəsmi Moskva ilə təmasa keçəcəklərini təkrarlayıb.
"Artıq hər şey Rusiyanın ixtiyarındadır", deyən Tramp bildirib ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında müsbət atmosferdə bitən danışıqlar böyük uğurdur: "Biz dünən Ciddədə böyük uğur əldə etdik. Əgər o, qüvvəyə minərsə, tam atəşkəs əldə edəcəyik. Bundan sonrakı hər şey Rusiyanın öhdəsindədir. Bizim hər iki tərəflə yaxşı münasibətlərimiz var. Ümid edirəm ki, Rusiyadan atəşkəs mesajı gələcək. Bunu bacarsaq, düşünürəm ki, bu, dəhşətli müharibəni dayandırmaq üçün yolun 80 faizini aşmamız demək olacaq
Lamiyə Əhmədli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 12 Mart 2025 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















