Icma.az
close
up
RU
Türkmənistan bizim təcrübəmizdən kənarda qalmaq istəməyəcək ŞƏRH

Türkmənistan bizim təcrübəmizdən kənarda qalmaq istəməyəcək ŞƏRH

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

"Türkmənistan faktiki olaraq bu yaxınlara qədər çox qapalı siyasət yürüdürdü. Çünki rəsmi şəkildə ölkənin statusu neytral dövlət kimi qeyd olunub və bu status hələ də qüvvədədir. Ancaq illər keçdikcə görürük ki, inteqrasiya məsələlərində gecikmələri həm siyasi, həm də iqtisadi baxımdan ona zərər gətirməyə davam edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib. 
"Xüsusilə də Türkmənistana yaxın qonşu dövlət Azərbaycan dəfələrlə rəsmi şəkildə təklif edib ki, birlikdə çalışaq, inteqrasiya proseslərindən fayda götürək və irəliləyək. Azərbaycan artıq özünün faydalılıq əmsalını göstərib və təsir edib. Amma Türkmənistan bu prosesdə bir qədər ləng tərpənir və bunu “gözləmə strategiyası” ilə əsaslandırır. Əslində isə bu gözləmə strategiyası ümumiyyətlə effektiv deyil".
O bildirib ki, Türkmənistan və Azərbaycan arasında normal münasibətlər mövcuddur:
"Digər tərəfdən, yeni şərtlər, risklər və şərait tələb edir ki, ölkələrimiz bazar iqtisadiyyatında daha fəal, çevik və uzaqgörən olsun.
Bizim bölgədə bütün ölkələrlə münasibətlərimiz var. Türkmənistanla Azərbaycan və Əfqanistan arasında üçtərəfli format yaradılmışdı, amma Əfqanistan hökumətinin dəyişməsi bu prosesə mane oldu. Bununla belə, həmin formatın aktuallığı hələ də şübhə altına alınmır. Çünki Əfqanistan vacib geosiyasi məkandır, digər tərəfdən Çin Xalq Respublikasına qədər uzanan geniş bir xətt formalaşır və Azərbaycan da bu xəttin strateji nöqtəsində dayanır".
Politoloq deyib ki, bu təsadüf deyil:
"Çünki ölkələrimizin əməkdaşlığa hazır olması reallıqdır və bütün köhnə maneələr aradan qaldırılmalıdır. Həmçinin birlikdə fəaliyyətimizin ölkələrimizə və xalqlarımıza xeyir gətirdiyini görürük.
Türkmənistanın siyasi elitası, xüsusilə də Berdiməhəmmədov ailəsinin hakimiyyətdə olan nümayəndələri ilk növbədə ölkənin regional proseslərdə iştirak imkanlarını düzgün qiymətləndirməlidir. Məsələn, Azərbaycanın Belarusun nə təklif etdiyinə baxılmalıdır. Biz sosial dövlət quruculuğu sahəsində böyük təcrübə toplamışıq və inanmıram ki, bu prosesdən qardaşlarımız kənarda qalmaq istəyəcəklər".
Əfsanə Kamal
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Dekabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see287

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see258

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see204

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see191

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see180

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see167

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see162

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see160

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see158

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see158

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see146

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see145

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see145

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see141

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see136

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri