Tramp: Bir iki həftə ərzində Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkün olub olmadığı bəlli olacaq
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, yaxın bir-iki həftə ərzində Ukrayna münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkün olub-olmadığı bəlli olacaq.
APA xəbər verir ki, o, bu fikri Ağ Evdə Avropa ölkələrinin liderləri və Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirilən görüşdə səsləndirib.
Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putin və Zelenskinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyinə inandığını vurğulayıb.
ABŞ lideri qeyd edib ki, əsas məsələ belə bir görüşün baş tutub-tutmaması deyil, onun nə vaxt təşkil olunacağıdır.
“Düşünürəm ki, biz bunu təşkil edəndə, yəni "nə vaxt" sualına cavab tapanda, əminəm ki, həqiqətən də müsbət addımların şahidi olacağıq”, – deyə Tramp əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 18 Avqust 2025 23:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















