Icma.az
close
up
RU
Tramp bitməlidir dedi, 32 ölkə məcbur qaldı Avropanı həyəcanlandıran çağırış

Tramp bitməlidir dedi, 32 ölkə məcbur qaldı Avropanı həyəcanlandıran çağırış

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp ölkəsinin NATO müttəfiqlərinə silah tədarükünü artırmaq niyyətində olduğunu açıqlayıb. O, alyans ölkələrində buna tələbat olduğunu bildirib.

Tramp həmçinin ABŞ zavodlarının “Patriot” zenit-raket sistemləri, o cümlədən, digər müdafiə və hücum silahlarının istehsalını iki-üç dəfə artırdığını söyləyib.

Ağ Ev rəhbərinin bu açıqlaması nədən qaynaqlanır? NATO ilə bağlı plan nədir?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, ABŞ Prezidenti Donald Tramp alyansın fəaliyyəti ilə bağlı mövqeyini bir neçə dəfə təkrarlayıb:

“Tramp bəyan edib ki, əvvəlki dövrlərdən fərqli olaraq ABŞ artıq NATO və Avropa İttifaqı ölkələrinin təhlükəsizliyi üçün milyardlarla dollar vəsait xərcləyən yox, onların təhlükəsizliyi üçün silah və texnika satışından gəlir əldə edən ölkədir:

Məlumdur ki, Tramp hakimiyyətə qayıtdıqdan sonra ölkəsinin NATO və Avropa İttifaqı (Aİ) üçün “təhlükəsizlik çətiri” rolunda çıxış etmək niyyətində olmadığını və ölkələrin təhlükəsizlik üçün ayırdıqları maliyyənin artırılmasının vacibliyini vurğulayıb. Bu bəyanatlar Aİ daxilində müəyyən gərginliklər yaratdı. Uzun illər ərzində öz təhlükəsizlikləri üçün yalnız cüzi vəsait ayıran, bütün yükü ABŞ-ın üzərinə yıxan və silah sənayelərini inkişaf etdirməyən ölkələr artıq daha çox maliyyə ayırmağın vacibliyini anladılar, bu istiqamətdə addımlar atmağa başladılar.

Amma hər kəs razılaşar ki, bu, hələ hər şeyi həll etmir. Ölkələrin öz təhlükəsizliklərini qısa müddətdə daxili resurslar hesabına təmin etmələri mümkün deyil. Üstəlik, NATO ölkələri yalnız öz təhlükəsizliklərini deyil, həm də Ukraynanın müdafiəsini silah və texnika ilə təmin etməlidirlər. Bu isə onları mütləq şəkildə Vaşinqtondan tədarükü artırmağa sövq edir”.


Rəşad Bayramov

Politoloqun sözlərinə görə, Trampın ABŞ-ın silah istehsalını iki-üç dəfə artırdığına dair bəyanatı tamamilə realdır:

“Vaşinqtonun silah sənayesində lider mövqedə olması digər ölkələri ona müraciət etməyə məcbur buraxır. Bundan əlavə, Tramp müharibələrin dayandırılması ilə bağlı mövqeyini gücləndirmiş olur. ABŞ-da silah istehsalçılarının hökumətin qərarlarına təsir imkanları kifayət qədərdir. İlk vaxtlarda Trampın dünyada müharibələrin dayandırılmasına dair mövqeyi onlar tərəfindən tam qəbul edilmirdi. Çünki müharibə dövründə tələbat yüksək olur və istehsalçılar bu vəziyyətdən maksimum istifadə edərək silah satışından böyük gəlir götürürlər.

Lakin Trampın qərarları, yəni NATO ölkələrini ABŞ-ın silah və texnikasına möhtac qoyması, Ukraynaya veriləcək silahların yükünü həmin ölkələrin üzərinə yıxması ölkənin müdafiə sənayesində istehsalın artmasına səbəb olub. Bu da istehsalçıların Trampa aktiv dəstəyinə gətirib çıxarıb”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Avqust 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see339

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see310

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see299

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see290

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see271

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see264

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see260

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see258

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see235

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see229

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see227

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see222

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see212

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see205

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see203

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see198

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see195

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see189

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see186

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri