Icma.az
close
up
RU
TRAMP BMT yə ALTERNATİV YARADIR? İlk sədri özü olacaq və buna da o qərar verəcək...

TRAMP BMT yə ALTERNATİV YARADIR? İlk sədri özü olacaq və buna da o qərar verəcək...

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası “Sülh Şurası”nda daimi yer əldə etmək istəyən ölkələrdən azı 1 milyard dollar məbləğində maliyyə töhfəsi verməyi tələb edir.

“AzPolitika” bildirir ki, bu barədə “Bloomberg” agentliyi qurumun nizamnamə layihəsi ilə tanış olaraq məlumat yayıb.

Məlumata görə, nizamnamə qüvvəyə mindikdən sonra ilk bir il ərzində tələb olunan məbləği ödəyən dövlətlər “Sülh Şurası”nda daimi üzvlük əldə edəcəklər. Digər üzvlər isə maksimum üç il müddətinə təyin olunacaqlar. Sənəddə qeyd olunur ki, Donald Tramp “Sülh Şurası”nın ilk sədri olacaq və quruma hansı ölkələrin dəvət ediləcəyinə məhz o qərar verəcək. Eyni zamanda, Tramp üzvlərin şuradan çıxarılması hüququna da malik olacaq. Bu qərar yalnız üzvlərin üçdə iki səs çoxluğu ilə bloklana bilər.

Nizamnaməyə əsasən, “Sülh Şurası”nda qərarlar sadə səs çoxluğu ilə qəbul ediləcək və hər üzv dövlət bir səs hüququna malik olacaq. Bununla belə, sənəddə vurğulanır ki, qəbul edilən bütün qərarlar sonda sədrin təsdiqindən keçməlidir.

“Bloomberg”ə danışan, adının açıqlanmasını istəməyən amerikalı rəsmi bildirib ki, toplanacaq vəsaitlər “Sülh Şurası”nın mandatı çərçivəsində Qəzza sektorunun bərpasına yönəldiləcək.

Qeyd olunur ki, “Sülh Şurası”nın yaradılması əvvəlcə Trampın Qəzza sektorundakı münaqişənin nizamlanması üzrə təqdim etdiyi sülh planının bir hissəsi olub. Lakin “Financial Times” yazır ki, nizamnamənin mətnində Qəzza sektorunun adı ümumiyyətlə çəkilmir. Sənəddə “Sülh Şurası” “münaqişələrdən təsirlənmiş və ya onların yaranma riski olan bölgələrdə sabitliyi təşviq edən, etibarlı və legitim idarəçiliyin bərpasına və davamlı sülhün təmin olunmasına çalışan beynəlxalq təşkilat” kimi təsvir edilir.

“Bloomberg”in qeyd etdiyinə görə, Trampın tənqidçiləri ABŞ Prezidentinin uzun müddətdir tənqid etdiyi BMT-yə alternativ və ya onunla rəqabət aparacaq bir qurum yaratmağa çalışdığından narahatdırlar. Daha əvvəl “Financial Times”a danışan mənbə Ağ Evin “Sülh Şurası”na “BMT-nin potensial əvəzi, Qəzza sektorundan kənarda digər münaqişələrin həlli üçün paralel və qeyri-rəsmi mexanizm” kimi baxdığını bildirib.

Məlumata əsasən, Donald Tramp artıq bir sıra dünya liderlərini “Sülh Şurası”na üzv olmağa dəvət edib. Dəvət olunanlar arasında Argentina prezidenti Xavyer Milei, Kanada Baş naziri Mark Karni və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da var. “Reuters” agentliyinin mənbələri bildirir ki, Fransa, Almaniya və Avstraliya liderləri dəvət alan ölkələr sırasındadır. Avropa İttifaqını təmsil etmək üçün isə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen dəvət olunub.

Yanvarın 16-da Ağ Ev Qəzza ilə bağlı təsis edilən icraçı şuraya yeddi nəfərin daxil olacağını açıqlayıb. Bu siyahıya ABŞ dövlət katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff, Trampın kürəkəni Cared Kuşner və Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyer də daxildir.

Bununla yanaşı, Qəzza üzrə ayrıca icraçı şura da yaradılacaq. Bu şurada ümumilikdə 11 nəfərin yer alacağı bildirilir. Onların arasında Türkiyənin xarici işlər naziri Hakan Fidan, BMT-nin Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Siqrid Kaaq və BƏƏ-nin beynəlxalq əməkdaşlıq naziri Rim Əl-Haşimi də var.

İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən isə bildirilib ki, şuranın tərkibindən İsrail narazı qalıbr. “Reuters” agentliyi qeyd edir ki, bu narazılıq xüsusilə Hakan Fidanın şurada yer alması ilə bağlı ola bilər, çünki İsrail Türkiyənin bu prosesdə iştirakına maneə olmağaetiraz edir.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Yanvar 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri