Tramp bunu Ərdoğanın xətrinə etdi
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammitinə yalnız Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət əlaməti olaraq qatılacaq.
Axar.az xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Vurğulanıb ki, Tramp əvvəllər Türkiyə liderini dost hesab etdiyini bildirmişdi.
Mənbənin sözlərinə görə, ABŞ prezidentinə və onun komandasının üzvlərinə qeyri-rəsmi şəkildə çatdırılıb ki, sammitdə iştirakdan imtina etmək Ərdoğana qarşı hörmətsizlik kimi qiymətləndiriləcək.
Digər tərəfdən, ABŞ lideri əvvəlcədən alyans müttəfiqləri ilə keçiriləcək görüşə şübhəli yanaşırdı. Buna səbəb isə müttəfiqlərin bir çoxunun ABŞ-ı İranla müharibədə dəstəkləməməsindən narazı olmasıdır.
Bu baxımdan, CNN-in mənbələri Trampın "əhval-ruhiyyəsini" nəzərə alaraq sammitin problemsiz keçəcəyinə əmin olmadıqlarını bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 07 İyul 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















