Tramp: Bütün immiqrantlar gedəcək
Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp vəzifəyə başlamazdan əvvəl keçirdiyi son mitinqdə ölkə tarixinin ən əhatəli deportasiya planını açıqlayıb.
News24.az xəbər verir ki, planlaşdırılan təşəbbüsün ABŞ sərhədləri daxilində yaşayan milyonlarla immiqrantı əhatə edəcəyi gözlənilir.
Mütəxəssislər belə bir böyük əməliyyatın böyük maliyyə çətinlikləri ilə nəticələnəcəyini və uzun illər çəkə biləcəyini bildirirlər.
Tramp mitinqdə qeyri-qanuni mühacirlərin ölkəyə girişinin qarşısını almaq üçün daha sərt sərhəd siyasəti həyata keçirəcəyini də vurğulayıb.
Bu sərt siyasətlərə “Meksikada qal” siyasətinin yenidən tətbiqi və narkotik kartellərinin terror təşkilatı kimi təyin edilməsi daxildir.
Onu da qeyd edək ki, mitinqdə dünyanın ən zəngin adamı, Trampın ən böyük dəstəkçilərindən biri olan İlon Mask və respublikaçıların digər mühüm adları da iştirak edib.
Günel Məlikzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 20 Yanvar 2025 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















