Icma.az
close
up
RU
Tramp “dərin dövlət”in lideridir?

Tramp “dərin dövlət”in lideridir?

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan bu qarışıq və gərgin dünya mənzərəsində doğru bildiyi yerdədir, Prezident İlham Əliyev də durduğu yerdən məmnundur...

Donald Tramp vəd etdiyi kimi, ABŞ-ni dünyada nüfuzunu gücləndirməkdədir. Doğrudur, bir az dərin təhlilə getsək, Amerikanın dünya siyasətində parlaması səbəbləri sırasında təkcə Trampın səyləri dayanmır. Avropa Birliyindəki dərin böhran, Çinin dünyada baş verən proseslərə aktiv müdaxilə etməməsi, Rusiyanın isə Ukrayna bataqlığında daha çox çabalaması ABŞ-nin önə çıxmasına şərait yaradır.

Bəs, kimlər Amerikanın Trampın simasında yenidən əzəmətli obrazda meydana çıxmasını istəmirdilər? Trampı seçki yarışından hüquqi yollarla uzaqlaşdıra bilmədikdə, ona sui-qəsd cəhdinin arxasında Amerika “dərin dövlət”imi vardı? Bunkerdə oturub belə qərar verənlər kimlərdir: yəhudi milyarderlərmi, anqlosaklar lojasımı? ABŞ-da “dərin dövlət”in varlığının daha çox Tramp hakimiyyətində gündəmə gəlməsi necə, təsadüfdürmü? Bəlkə elə Tramp özü “dərin dövlət”in masa lideridir?

Siyasətçi olaraq Tramp dünya liderlərini “yeyib”. Onun hakimiyyətə qayıdışına qədər Rusiya prezidenti Putin “Ukrayna müharibəsinin anti-qəhrəmanı” kimi öncüllüyünü saxlayırdı, yanvardan sonra isə ABŞ rəhbəri ancaq özündən söz etdirir.

Doğurdan da, Bayden dönəmində ABŞ prezidenti ifadəsi indiki kmi populyar deyildi. İndi dünyadakı kritik mövzularda Trampın sözü mötəbərdir, onun nə deyəcəyinə qulaq verirlər, böyük güclər onunla görüşməyə, anlaşmağa çalışırlar. O da gerçıkdir ki, Tramp dövlətin gücünü öz gücünə çevirmək istəyir. Nobel Sülh mükafatına iddia, ABŞ-nin Avropadakı müttəfiqlərinə hərbə-zorba siyasəti, onlara “xərac kəsməsi”, ölkədə mühafizəkar baxışların gücləndirilməsi, liberalların isə bütün sahələrdə sıxışdırılması, eləcə də Ukrayna və Rusiya ilə münasibətlərdə gözlənilməz “U dönüşləri” Trampın personasının ziddiyyətli ştrixləridir.

Dünya mediası Misirdə imzalanan tarixi sənədin əhəmiyyətindən çox, hələ də Trampı təhlil edir. Çünki tədbirin əsas qəhrəmanı ABŞ prezidenti idi, o da bu fürsəti kameralar qarşısında tarixə keçirdi, həm də özü istədiyi kimi. Brifinqdə jurnalistlərə verdiyi açıqlamasında Tramp deyib ki, Yaxın Şərqə sülhün gəlməsi üçün “üç min il” zaman lazım olub. Trampın Qüdsü İsrailin paytaxtı kimi tanınması yanlış qərarına, Yaxın Şərqdə qırğınlara gec reaksiyasına görə sərt qınamaq olar. Amma Qəzzada əldə edilən razılaşma bölgəyə qalıcı sülh gətirərsə, Tramp bir yox, bir neçə sülh mükafatını haqq edir. Ona görə gərək bu sazişin işləməsi, atəşkəsin qalıcı olması üçün Tramp bəlkə də bir müddət gedib otursun, Qəzzanın qonşuluğundakı Misirdə, ya da İordaniyada... Bölgədə sülh əldən gedərsə, Trampın daxildəki düşmənləri onu əzmək üçün ayaqlanacaqlar. Ona görə bu razılaşmanın ikinci, üçüncü və s. mərhələlərinin icrası lazımdır. Əlbəttə ki, sülhyaratma ilə bağlı suallar çoxdur. Məsələn, Qəzzanın müvəqqəti qubernatoru olacağı gözlənilən Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin reputasiyası “kirlidir”. Çünki o, İraq və Əfqanıstana qarşı ABŞ-nin hərbi təcavüzün ortağı kimi qəbul edilir...

Rusiya isə Trampın liderliyi ilə baş verənləri diqqətlə izləyir. Tramp Rusiya-Ukrayna arasında “sülhün başını buraxıb”, keçib Kiyevə tərəf. Rusiyanın siyasi isteblişmenti Qəzza razılaşmasını alqışlamaq zorundadır, amma Kremə bağlı politoloqlar iddia edirlər ki, razılaşma tezliklə pozulacaq, sülh alınmayacaq. Rusiya həm də Trampa görə tədirgindir. Guman edilir ki, oktyabrın 17-də Trampın Zelenski ilə görüşündə Ukrayna lideri “Tomaqavk” raketlərindən Rusiyaya qarşı istifadəsinə icazə istəyəcək. ABŞ-nin Ukraynaya 20-dən 50-yə qədər “Tomaqavk” qanadlı raketləri verə biləcəyi deyilir. Zelenski bu raketləri və onların buraxılış qurğularını alacağına çox ümid edir.

Azərbaycan bu qarışıq və gərgin dünya mənzərəsində doğru bildiyi yerdədir. Prezident İlham Əliyev də durduğu yerdən məmnundur. Trampın hər fürsətdə Azərbaycan liderini önə çəkmək, diqqətləri ona yönəltmək cəhdləri var, amma bu həm də ABŞ liderinin özünü təsdiq etmək metodudur, belə olduqda o özünü daha komfortlu əhatədə hiss edir, ətrafında tanıdığı və güvəndiyi adamların olması ona xüsusi bir dinclik verir. Ona görə məsələn, Misirdəki sülh zirvəsində bir çox lideri şəxsən təqdim etdi, barələrində qisa tanıtım anonsu verdi. Bu, ümumiyyətlə siyasətdə, diplomatiyada fərqli yanaşmadır. /musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 14 Oktyabr 2025 22:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see456

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see324

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see302

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see273

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see243

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see243

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see241

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see239

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see232

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see219

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see217

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see204

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see204

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see203

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see201

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see197

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see196

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see195

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see193

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri