Icma.az
close
up
RU
Tramp dünyanı şoka saldı “Türk NATO su” yaratmasaq…

Tramp dünyanı şoka saldı “Türk NATO su” yaratmasaq…

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Tramp və komandasının son həftələr beynəlxalq münasibətlərlə bağlı açıqlamaları hamını şoka salıb, Avropa, Çin, bütün dünya baş verənləri anlamağa, reaksiya verməyə çalışır. Trampın açıqlamalarından sonra bir çox ölkənin - özlərinin son 30 ildir öldürdükləri, addım-addım məhv etdikləri - beynəlxalq hüquq yadına düşüb.

Axar.az xəbər verir ki, bu barədə politoloq Natiq Cəfərli qeyd edib.

“Azərbaycanın 20% torpağı Rusiya və Ermənistan tərəfindən işğal olunanda beynəlxalq hüquq harda idi? Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələrini işğal və de-fakto ilhaq edəndə beynəlxalq hüquq nə etdi? ABŞ və onların Avropadakı “psevdo-liberal” tərəfdaşları İraqı, Liviyanı, Suriyanı, Misiri viran qoyanda beynəlxalq hüquq nədən susdu? Rusiya 2014-də Krımı ilhaq edəndə BMT nəsə edə bildimi? Rusiya Donbasda işğalı davam etdirəndə beynəlxalq hüquq önə çıxdımı? 2022-ci ildə Rusiya Ukraynaya görünməmiş təcavüz edib, işğala başlayanda BMT mane oldumu? Qəzza bölgəsində son 1,5 ildə onminlərlə insan qətl ediləndə, 20 mindən çox uşaq öləndə harda idi o beynəlxalq hüquq?” – deyə o, ritorik sual edib.

N.Cəfərli bildirib ki, beynəlxalq hüquq da, BMT də çoxdan ölüb, indi Tramp narahatedici və provokativ açıqlamaları ilə bunu göstərir və yeni oyun qaydalarının yaranması üçün qapı açır:

“Bəli, artistliklə işləməyən hüquqa istinad etmək lazım deyil, bunu etiraf edib, yenidən işlək hüquqi müstəvi qurmaq daha məntiqlidir.

1949-ci ildən bəri hamı deyir ki, İsrail və Fələstin məsələsinin çözümü ikili dövlət modelidir – amma olmur, işləmir, mümkün deyil. Niyə? - çünki fələstinlilər və onları dəstəkləyənlər deyir ki, ümumiyyətlə orada İsrail adlı dövlət olmamalıdır; İsrail isə Fələstin adlı dövlətin yaranmasının onların məhv edilməsinə səbəb olacağını söyləyir. Siyasi dalan yaranıb, heç kim də bunu etiraf etmək, fərqli çözüm irəli sürmək istəmir. Xristian dünyası müsəlmanların göz yaşı və faciəsi hesabına öz müqəddəs yerlərinin İsrailə qalmasına razı deyil, onların əli ilə müqavimət hərəkatı yaradıb, iş görür, İsrail isə beynəlxalq hüququ, insanlığı heçə sayaraq öz maraqlarını qoruyur və bu məsələdə haqlı olduğunu düşünür.

Trampı “dəlilikdə” ittiham etmək ən asan yoldur, alternativ təklif etmək isə çətindir, ona görə də ABŞ indi “güc üzərinə hüquq” prinsipi ilə hərəkət edib BMT-nin və beynəlxalq hüququn rəsmən “öldüyünü” elan edir. Bu ikiüzlü siyasətdən daha yaxşı və rasionaldır, çünki bütün kiflənmiş və işlək olmayan pastulatları dağıdıb yeni oyun qaydalarının yaradılmasını sürətləndirir”.

Ekspertin sözlərinə görə, fraqmental dünyada yeni regional güc mərkəzləri yaranır-yaranacaq, qurulacaq masada fraqmental liderlərin yeri olacaq – bu masada yer almağın tək yolu Türk Dövlətləri Təşkilatı kimi davranmaq, mövqe formalaşdırmaqdır:

“O masada Türkiyə olmalıdır, inşallah, olacaq da – sadəcə, gördüyüm odur ki, hələ Türkiyə də köhnə instinktlərlə düşünür, bu, yolverilməzdir. TDT-nın sürətlə “ətə-cana” gəlməsi, ümumi, təhlükəsizlik və xarici siyasət məsələlərin uzlaşmasını təmin edən institutların yaranmasının zamanı çatıb.

Ən vacib alət isə TDT-nın ümumi ordusunun, “Türk NATO-su”nun yaradılması olmalıdır. Gücün hüquq yazdığı dönəmdəyik və bu hadisə dünyada nə ilk deyil, nə də son olacaq – sadəcə, indi yaxın 50 ildə dünya necə yaşayacaq və hansı qaydalarla idarə olunacaq? – bax, bu, müəyyən olunur. Kənarda qalmaq, iştirakçı olmamaq - üzərində oyun qurulacaq ölkəyə çevrilmək deməkdir, buna yol vermək olmaz...”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Fevral 2025 07:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see333

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see316

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see275

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see271

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see259

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see254

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see251

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see251

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see241

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see240

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see235

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see218

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see217

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see215

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see208

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see203

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see200

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see199

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see190

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri