Icma.az
close
up
RU
Qızıl dünyanı şoka salacaq

Qızıl dünyanı şoka salacaq

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

İsveçrənin UBS bankının analitiklərinin fikrincə, qızıl fyuçersləri 2025-ci ilin dördüncü rübündə təhlükəsiz sığınacaq aktivlərinə tələbatın artması fonunda bir unsiya üçün 3200 dollara qədər bahalaşa bilər.

“Cebheinfo.az” xəbər verir ki, əvvəlki proqnoz qiymətlərin unsiya üçün 3000 dollara qədər yüksəlməsini nəzərdə tuturdu, lakin fyuçerslər keçən həftə bu həddi aşdı.

UBS analitikləri Vayne Gordon və Giovanni Staunovo "Ticarət gərginliyinin artması qiymətli metalın təhlükəsiz sığınacaq aktivi kimi rolunu vurğulayır",-deyib. 

Onlar hesab edirlər ki, qızıla əlavə tələb ABŞ-də tənəzzül qorxusundan qaynaqlanacaq:

"Biz investisiya portfelində təxminən 5% qızılın saxlanmasının uzunmüddətli diversifikasiya perspektivindən optimal olacağına inanmağa davam edirik".

“DoubleLine Capital”-ın təsisçisi və baş investisiya direktoru Jeffri Qundlax qızılın unsiyasına 4000 dollar səviyyəsində daha da yüksələn qiymət hədəfi qoyub:

"Qızıl bir neçə ildir danışdığımız artımı davam etdirir. Mən cəsarətli bir proqnoz verəcəm və qızılın 4000 dollara çatacağını söyləyəcəyəm."

Qundlax bunun bu il baş verəcəyinə əmin olmadığını əlavə edib. Bununla belə, o, qeyd edib ki, mərkəzi bankın qızıl alışları çox kəskin trayektoriya ilə artır və bunun tezliklə dəyişməsi mümkün deyil.

Onun fikrincə, bu il Amerika iqtisadiyyatında tənəzzül ehtimalı təxminən 60% təşkil edir.

Aprel qızıl fyuçersləri bazar ertəsi günortadan sonra az dəyişib, unsiya üçün 3002,80 dollara ticarət edilib. İlin əvvəlindən qızılın qiyməti 12,7% artıb.

“MarketWatch”-in qeyd etdiyi kimi, 1980-ci ilin yanvarında - ABŞ-də, xüsusilə yüksək inflyasiyanın 14%-i ötdüyü dövrünün zirvəsində qızılın qiyməti bir unsiya üçün 873 dollara çatdı. “Dow Jones Market Data”-ya görə, inflyasiyanı nəzərə alsaq, bu, indiki pulla bir unsiya üçün təxminən 3580 min dollar təşkil edir.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: Qızıl dünya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Mart 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş nazir qərar imzaladı Onlar da Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

16 Sentyabr 2026 16:28see292

FİDE Şahmat Olimpiadasında komandaların xərclərini qarşılayacaq

16 Sentyabr 2026 21:55see259

La Liqa: Barselona 9 qollu matçdan qalib ayrıldı

17 Sentyabr 2026 02:10see238

“Ulduz” metro stansiyasının qarşısındakı yolda asfaltlanma işlərinin ilk mərhələsi yekunlaşıb

16 Sentyabr 2026 23:39see238

Robotların robot hazırladığı ilk zavod fəaliyyətə başladı

17 Sentyabr 2026 03:02see236

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see224

Bakıda və bölgələrdə işıq sönəcək

16 Sentyabr 2026 08:19see217

Azərbaycanda gizli şəhər: yeni tapıntılar VİDEO

17 Sentyabr 2026 00:51see208

PSJ “Qızıl top” uğrunda əsas namizədlərini seçdi

17 Sentyabr 2026 00:38see205

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see205

Xalq artisti: Burun əməliyyatı zamanı masada ölmüşəm (Video)

16 Sentyabr 2026 14:28see205

Gələn il səhiyyəyə ayrılan vəsait artırılır

16 Sentyabr 2026 22:34see204

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see204

Azərbaycandan 113 nəfər deportasiya edilib

16 Sentyabr 2026 18:34see204

ABŞ Rusiyanı ukraynalı müttəfiqlərə suiqəsd cəhdində ittiham edir

17 Sentyabr 2026 00:35see193

2027 ci ildə ABŞ dolları neçə manat olacaq? RƏSMİ AÇIQLAMA

16 Sentyabr 2026 20:49see191

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see190

Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək

16 Sentyabr 2026 19:51see187

 Azərbaycan effektli, ölçülü biçili siyasət aparır ŞƏRH

16 Sentyabr 2026 22:40see186

Avropa Liqası: Milan Benfika ya məğlub oldu GÜNÜN NƏTİCƏLƏRİ

17 Sentyabr 2026 01:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri