Icma.az
close
up
RU
Tramp Əliyev dialoqu... ABŞ liderinin jestləri nə məna verir?

Tramp Əliyev dialoqu... ABŞ liderinin jestləri nə məna verir?

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Bütün dövrlərdə jest və rəmzlərin siyasətdə böyük rolu olub. Böyük siyasətçilər antik dövrdən etibarən informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi müasir dövrə qədər rəmz və jestlərin imkanlarından faydalanıblar. Bəzən rəmzlərin emosional təsir effekti və onların praktik faydalılığı “soyuq” diplomatik ünsiyyət tərzi ilə müqayisədə daha üstün olur. Rəmzlər hədəflərə nail olmaq prosesində tərəflər arasında etibar və güvən yaradır, habelə aparılan siyasətə kütlənin dəstəyini qazandırır.

Bəli, bəzən onların təsir effekti müvəqqəti olur, ancaq hətta bu məhdud zaman belə hədəflərə çatmaq üçün kifayət edir. Ona görə də beynəlxalq hüquq və protokolların mövcudluğuna baxmayaraq vaxtaşırı şəkildə ona şahidlik edirik ki, cəmi bir neçə jest və ya rəmzin sayəsində siyasətdə böyük məsələlər öz həllini tapmış olur. Əlbəttə ki, rəmz və jestlərin istifadəsi siyasətçidən cəsarət və peşəkarlıq tələb edir. Bu cür siyasətin fonunda ucuz demaqogiya şedevr əsərin yanında dayanan rəngi qopub tökülmüş, solğun, dəyərsiz və müqayisədə təbəssümə səbəb olan reproduksiyaya bənzəyir.

Məhz siyasi jest və rəmzlər kontekstində sentyabrın 23-də Nyu-Yorkda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və birinci xanım Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyası ilə əlaqədar təşkil olunmuş rəsmi qəbul zamanı ABŞ Prezidenti ilə Azərbaycanın dövlət başçısı İlham Əliyev arasında baş vermiş kiçik, ancaq olduqca böyük rəmzi mənaya malik dialoqdan bəhs etmək istərdik. Kiçik rəmzlər arxasında böyük mənalar gizlənir. Rəmzlər eyni zamanda həqiqəti görməyi də mümkün verir.

Xatırladaq ki, sözügedən tədbirdə Prezident İlham Əliyev ilə yanaşı Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da iştirak etmişdir. Belə ki, ABŞ Prezidenti Donald Trampın cəmi bir neçə dəqiqə davam edən qısa çıxışında Prezident İlham Əliyevə xitabən növbəti ifadələr öz əksini tapmışdır: “təşəkkür edirəm”, “dostum”, “dost qazandım”, “buna cəsarət lazım idi”, “fəxr edirəm” və “gözəl insansınız”. Hamımız vətəndaşı olduğumuz Azərbaycanının rəhbəri olan Prezident İlham Əliyevin ünvanına deyilən bu cür sözlər sanki hər birimizin ünvanına dünyanın bir nömrəli dövlətinin rəhbəri tərəfindən deyilmiş unudulmaz kompliment kimi dəyərləndirilməlidir.

Əlbəttə ki, bu cür tarixi anlar unudulmazdır və bu nailiyyətlər dövlətçiliyimizin inkişafı, habelə gələcək nəsillərin rifahı naminə mütləq olaraq istifadə olunmalıdır. Ümid edirik ki, Azərbaycanın müasir tarixi ilə məşğul olanlar təkcə sitatlarının qeyd olunması ilə öz işlərini yerinə yetirmiş hesab etməyəcəklər. Bu cür tarixi anlar və uğurlar mütləq şəkildə müxtəlif elmi işlərin predmtinə çevrilməlidir. Məhz bu cür nailiyyətlər sayəsində Azərbaycan xalqının bir parçası olduğu üçün hər bir vətəndaşımız daim fəxr hissi yaşayacaq, bu ülvi hislər isə hər birimizi daha böyük uğurlar naminə mübariz olmağa sövq edəcəkdir. İnkişafı və ideoloji vahidliyi istəməyənlər isə bütün zamanlarda hər vəchlə istənilən nailiyyəti ucuzlaşdırmağa çalışacaqlar.

Prezident Donald Tramp öz çıxışında ötən münaqişə dövrünü xarakterizə edən zaman “Bütün bu illər ərzində buna cəsarət lazım idi” fikrini səsləndirmişdir. Xüsusi olaraq ona diqqət yetirilməlidir ki, Donald Tramp Prezident İlham Əliyevin mövcud istiqamətdə apardığı siyasəti xarakterizə etmək üçün məhz “cəsarət” sözündən istifadə etmişdir. Bu ifadə onun etirafıdır ki, milli maraqlar naminə dövlət başçısı bəzən hətta beynəlxalq ictimai rəyə qarşı gedib və heç bir təzyiqə məhəl qoymayıb. Məhz bu cür keyfiyyətlər və nümayiş olunan bu cür prinsipiallıq ABŞ kimi dövlətin rəhbərini vadar edib ki, Prezident İlham Əliyevi Böyük Lider adlandırsın. Bəli, bütün təzyiq və manipulyasiyalara rəğmən “Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq” kimi sərt bəyanatların çəkinmədən səsləndirilməsi üçün məhz cəsarət tələb olunur.

Biz ona da dəfələrlə şahidlik etmişik ki, dövlət başçısı bütün dövrlərdə ucuz populizmdən qaçıb və bu yanaşmanı hətta tənqid edib. Səsləndirilən qərəzli tənqidlərə isə konkret nəticə və böyük nailiyyətlər ilə cavab verilib. Unutmayaq ki, peşəkarlıq və məsuliyyət hissi populizmi sevməz, populizm yalnız anlıq siyasi divident qazanmaq uğrunda aparılan çirkli mübarizənin ətrafında dolaşar. Prezident İlham Əliyevin növbəti sözləri isə: “Biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var”, – sadəcə cəsarətin təzahürü deyil, onlar müəyyən olunmuş strategiyaya və milli maraqlara sadiqliyin göstəricisidir.

Asif Adil


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see416

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see330

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see324

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see264

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see234

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see234

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see231

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see227

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see211

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see207

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see198

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see197

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see195

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see195

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see194

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see186

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see185

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see179

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri