Icma.az
close
up
RU
Heydər Əliyev Xatəmidən nə xahiş etmişdi? İran liderinin xoşagəlməz cümləsi

Heydər Əliyev Xatəmidən nə xahiş etmişdi? İran liderinin xoşagəlməz cümləsi

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2002-ci ilin mayında prezident Heydər Əliyev ilə İran prezidenti Məhəmməd Xatəmi arasında zirvə görüşü keçirildi. Heydər Əliyev iranlı həmkarından xahiş edir ki, o, Qarabağı istila etmiş erməniləri işğalçı adlandırsın. Bu xahişə cavab olaraq Məhəmməd Xatəmi belə deyir: “Nə Ermənistan İsraildir, nə də Azərbaycan Fələstin”.

İran prezidenti Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləməkdən imtina edir. Amerika diplomatik korpusunun Bakıdan göndərdiyi hesabatda da bu məqam qeyd olunub: “İran heç vaxt xristian ölkənin (Ermənistan) şiə qonşusunun (Azərbaycan) ərazisini işğal etməsini qınamayıb”.

Zaman su kimi axıb gedib. 2025-ci ildə Azərbaycan-İran münasibətləri tamamilə fərqli çalarlar qazanıb. 2002-ci ildə İran Azərbaycana yuxarıdan aşağı baxırdı. Bütün imkanları ilə Ermənistanın yanında idi. Azərbaycanı məhv etmək, xəritədən silmək arzusu ilə min oyundan çıxırdı. Ancaq Azərbaycan İranın bütün təzyiqlərini dəf edib öz varlığını qoruyub saxlaya bildi. Üstəlik, erməni işğalına son qoydu. Cənubi Qafqazda dominant ölkəyə çevrildi.

İndi İran Azərbaycanla ehtiyatlı davranmağa çalışır. Yaxın Şərqdə vəkil güclərini əldən verən İran ciddi şəkildə zəifləyib. ABŞ-İsrail ittifaqının qəzəbinə gələn İranın hər an bombalanma ehtimalı var. Belə bir fonda azərbaycanəsilli İran Prezident Məsud Pezeşkian Bakıya rəsmi səfərə hazırlaşır. Bu barədə “presstv.ir” saytı xəbər yayıb. Sayt vurğulayır ki, 2023-cü ilin yanvarında Tehrandakı Azərbaycan səfirliyinə hücumu rəsmi Bakı “terror aktı” kimi dəyərləndirib. Rəsmi Tehran isə olayı “şəxsi və ailə ilə bağlı problem” kimi səciyyələndirib. Elə o vaxtdan da İranla Azərbaycan arasında münasibətlər kəskinləşib.

Soydaşımız olan Məsud Pezeşkian mövcud gərginliyi aradan qaldıra biləcəkmi? Çətin məsələdir. Çünki Məsud Pezeşkian İranda əsil söz sahibi deyil. Real söz sahibi dini lider Seyyid Ali Hüseyni Xameneidir. O isə Azərbaycana fars şovinizminin pəncərəsindən baxır. Ona görə də İran-Azərbaycan münasibətləri normal məcrasına dönə bilmir. Əslində İran bizə Türkiyədən yaxın ölkədir. Ən azı ona görə ki, İranda 40 milyon türk (azərbaycanlı – red.) yaşayır. Buna baxmayaraq, İran onların marağını heçə sayır. Tərəflər arasında mövcud olan problemin kökü bu amilə söykənir.

Azərbaycan Məsud Pezeşkianın öz vətənidir. Əminəm ki, o, Təbrizdə gördüyü sevgini Bakıda da görəcək. Ona Bakıda kimsə deməyəcək ki, sən Şəhriyarın “Heydərbabaya salam” poemasından şeirlər deyə bilməzsən. Əksinə, onun dediklərini ehtiramla alqışlayacaqlar.

Bu tərəfdən də “The Jerusalem Post” mötəbər mənbəyə istinadən yazır ki, İsrailin Baş naziri Binyamin Netanyahunun Türkiyə ilə İsrail arasında vasitəçilik edən Azərbaycana səfəri gözlənilir. Bu məlumatı daha öncə “Israel Hayom” dərgisinin əməkdaşı Ariel Kahana yaymışdı.

Türkiyə hazırda Suriyadakı Palmyra və Hama hava bazalarında məskunlaşmağa hazırlaşır. Qəzet yazır: “Türkiyə və İsraillə dost olan Azərbaycan gərginliyin aradan qaldırılmasına kömək edə bilər”.

Heç şübhəsiz ki, İsrailin Baş naziri Binyamin Netanyahu səfəri zamanı İran məsələsinə də toxunacaq. Xatırladım ki, Binyamin Netanyahu ABŞ-İsrail-Azərbaycan birliyinin alovlu təbliğatçısıdır…

İsrail-İran qarşıdurması ABŞ-ı hərəkətə keçməyə vadar edir. ABŞ-İran münasibətlərinə nəzər salsaq görərik ki, bu münasibətlərdə İsrail faktoru xüsusi rol oynayıb. İran-Amerika münasibətlərinin bir xeyli tarixi var.

1936-cı ildə “The New York Daily Herald” qəzetində İran şahını tənqid edən məqalə dərc edildi. 1 il sonra bundan xəbər tutan Rza şah Pəhləvi Vaşinqtondakı İran səfirini geri çağırdı.

Tarixdən bəllidir ki, Nəsirəddin şah Qacar (1848 – 1896) 1856-cı ildə Mirzə Əbdülhəsəni Vaşinqtona səfir göndərdi. O, İranın Amerikadakı ilk səfiri kimi tarixə keçdi. 1883-cü ildə isə ABŞ Samuel G. W. Benjamin-i Tehrana səfir təyin etdi. Nə qədər paradoksal olsa da bütün bunlara rəğmən 1944-cü ilə kimi ABŞ-la İran arasında rəsmi münasib olmayıb. 1944-cü ildə yaranmış münasibət də 1980-ci ilin aprelində kəsilib.

O vaxtdan bəri iki ölkə arasında rəsmi diplomatik əlaqələr yoxdur. Pakistan ABŞ-da İranı, İsveçrə isə İranda ABŞ-ı təmsil edir. 2018-ci ilin avqustunda İranın ali lideri Əli Xamenei ABŞ ilə birbaşa danışıqları qadağan etdi. ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, İran bundan sonra ABŞ Prezidenti Donald Tramp da daxil olmaqla, ABŞ rəsmilərinə sui-qəsd cəhdi edib.

İki ölkə arasında münasibətlər XIX əsrin ortalarında İranın qərbdə Qacar Persiası kimi tanındığı vaxtlarda başlayıb. O vaxt İran Britaniya və Rusiyanın müstəmləkəçilik maraqlarına söykənən siyasətindən çox ehtiyat edirdi. Bunun əksinə olaraq, Birləşmiş Ştatlar daha etibarlı xarici güc kimi görünürdü və amerikalı Artur Millspough və Morgan Shuster hətta dövrün şahları tərəfindən İranın baş xəzinədarı təyin edildi. II Dünya Müharibəsi zamanı İran ABŞ-ın müttəfiqləri olan Böyük Britaniya və Sovet İttifaqı tərəfindən işğal edildi, lakin müharibədən sonra ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin və Britaniyanın Mİ6 kəşfiyyat idarəsinin köməyi ilə devrilmiş Məhəmməd Mosaddegh hökumətinin sonrakı illərinə qədər münasibətlər müsbət məcrada davam etdi. Şah Məhəmməd Rza Pəhləvinin avtoritar rejimi ilə ABŞ hökuməti arasında sıx ittifaq dövrü başlamışdı. İran Soyuq Müharibə dövründə ABŞ-ın ən yaxın müttəfiqlərindən biri idi. 1979-cu il İran İnqilabından sonra isə iki ölkə arasında dramatik dönüş və fikir ayrılığı ortaya çıxdı.

İranın Birləşmiş Ştatlarla ədavətinin səbəbi nədir? İran ABŞ-ı “başqa xalqlara hökmranlıq edərək və onların hüquqlarını tapdalayaraq qlobal diktatura qurmaqla öz maraqlarını həyata keçirməyə çalışan zalım güc” kimi tanıdır. ABŞ-ın İsrailə (“sionist rejimə”) dəstəyi də münasibətlərin pisləşməsinin əsas səbəblərindən biri kimi ortaya çıxıb. İranın islam dəyərlərini Qərb dəyərlərinə qarşı qoyması da əlavə problemlər yaradır. Birləşmiş Ştatlar münasibətlərin pisləşməsini 1979-81-ci illərdə İranda Amerika vətəndaşlarının girov götürülməsi (girov böhranı) ilə əsaslandırır.

1995-ci ildən bəri isə ABŞ İranla ticarətə embarqo qoyub. 2015-ci ildə ABŞ İranın nüvə proqramına əhəmiyyətli məhdudiyyətlər, o cümlədən MAQATE yoxlamaları və uranın zənginləşdirmə səviyyələrinə məhdudiyyətlər qoymaq niyyətində olan nüvə sazişi (Birgə Hərtərəfli Fəaliyyət Planı) üzrə uğurlu danışıqlara rəhbərlik edib. 2016-cı ildə İrana qarşı sanksiyaların əksəriyyəti ləğv olundu. Tramp administrasiyası birtərəfli qaydada nüvə sazişindən çıxdı və İrana qarşı “maksimum təzyiq kampaniyası”na başladı. 2018-ci ildə ABŞ yenidən İrana sanksiya tətbiq etdi. Buna cavab olaraq, İran nüvə sazişi üzrə öhdəliklərini tədricən azaltdı. 2015-ci ildəki uranın zənginləşdirilməsi dönəminə qayıtdı.

2013-cü ildə keçirilmiş BBC Ümumdünya Xidmətinin sorğusuna əsasən, amerikalıların cəmi 5%-i İrana müsbət baxır, 87%-i isə İran haqqında mənfi fikirdədir. Bu isə o deməkdir ki, dünyada İran haqqında ən xoşagəlməz təsəvvürlər məhz Amerika ictimai rəyində formalaşıb. IranPoll-un 2019-cu ildə apardığı sorğuya əsasən, iranlıların 13%-i Birləşmiş Ştatlara müsbət baxır, 86%-i isə ABŞ haqqında ən pis fikirdədirlər. 2018-ci ildə Pew sorğusuna əsasən, amerikalıların 39%-i deyir ki, İranın gücünü və təsirini məhdudlaşdırmaq xarici siyasətin əsas prioriteti olmalıdır. O da bəllidir ki, bütün ziddiyyətlərə baxmayaraq, iki ölkə İraq müharibəsi zamanı ortaq maraqlardan çıxış edib. Sünni yaraqlıları dəf etmək və bölgədə İslam Dövlətinə qarşı birgə mübarizə aparmaq da ABŞ-İran münasibətlərində özünə yer alıb.

İndi isə İsrail İranın nüvə arsenalını tamamilə sıradan çıxarmaq üçün hərəkətə keçib. Yəhudi dövləti Amerikanın hərbi gücünə arxalanaraq İranın xüsusi hərbi maraq kəsb edən məntəqələrini sıradan çıxarmaq istəyir.  İran İsrail-ABŞ ittifaqının hərbi gücü qarşısında duruş gətirə biləcəkmi? Mümkünsüz görünür. İrana hücumda Böyük Britaniyanın və digər NATO ölkələrinin də iştirakı gözlənilir. Ona görə də rəsmi Tehranın ABŞ-ın tələblərini yerinə yetirməkdən başqa bir yolu qalmayıb. Əks təqdirdə İranın havadan bombalanması qaçılmaz olacaq…

Elbəyi Həsənli,
Zürix

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Aprel 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Ukraynaya hərbçilər göndərəcək? Fitso

06 Sentyabr 2025 18:14see195

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see169

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see160

Milli məğlub oldusa, o demək deyil ki, oyunçular can qoymur AÇIQLAMA

06 Sentyabr 2025 16:56see148

Təyyarəmizi vurmaq əmri verən Tolopilo bu DƏHŞƏTLİ CİNAYƏTLƏRİ törədib: Yeni FAKTLAR

06 Sentyabr 2025 15:33see137

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see136

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see136

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see133

Castinin albomu yayımlandı

06 Sentyabr 2025 20:49see132

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see131

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see130

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see129

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see128

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see128

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see125

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see124

Deputat: Azərbaycan Çin strateji əməkdaşlığı qlobal sabitliyə, inkişafa xidmət edir

06 Sentyabr 2025 20:48see123

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see123

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see121

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri