Tramp əmr verdi: Dayanmasanız, cəhənnəm sizin üzərinizə yağacaq! Amerika ordusu İranın dəstəklədiyi Yəmənə zərbələr endirir
Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ prezidenti Tramp orduya Yəməndə husilərə qarşı genişmiqyaslı hücum əmri verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq Amerika ordusu İranın dəstəklədiyi Yəmənə zərbələr endirməyə başlayıb.
Donald Tramp buna paralel olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar edən hüsulərə çox açıq xəbərdarlıq edib: "Bu gün mən Birləşmiş Ştatlar Ordusuna Yəməndə husi terrorçularına qarşı qəti və güclü hərbi əməliyyata başlamağı əmr etdim. Husilər, sizin zamanınız bitdi, hücumlarınız bu gündən dayanmalıdır. Yoxsa indiyə qədər görmədiyiniz cəhənnəm sizin üzərinizə yağacaq".
Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri Yəməndə husilərin hədəflərinə ağır zərbələəri hazırda davam etdirir.
“New York Times” qəzeti yazır ki, ABŞ ordusu husilərə qarşı 10-dan çox hücum təşkil edib: "Hücumlarda husilərin radar və hava hücumundan müdafiə sistemləri, eləcə də raket sistemləri hədəfə alınıb. ABŞ rəsmilərinin fikrincə, hücum İrana qarşı bir mesajdır"
Husilər isə bildirib ki, hücumda indiyə qədər 9 mülki şəxs həlak olub. Qruplaşma digər itkilər haqda informasiya verməyib.
Tahir Şəlvəli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 15 Mart 2025 23:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















