Tramp ənənəni pozaraq xarici liderləri inauqurasiyasına dəvət
Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
AzVision.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Bildirilib ki, Çin lideri Si Cinpin tədbirə dəvət alıb. Bununla belə, Çin Xarici İşlər Nazirliyi elan edib ki, onun yerinə prezidentin müavini Han Çjen andiçmə mərasimində iştirak edəcək. Çin tərəfinin qərarını şərh edən agentlik qeyd edir ki, bundan əvvəl heç bir dövlət başçısı andiçmə mərasimi ilə əlaqədar ABŞ-yə rəsmi səfər etməyib.
Andiçmədə Trampa Zukerberq, Mask, Bezosla yanaşı Kuk da dəstək olacaq
Bundan əlavə digər dövlətlərin rəhbərləri də inauqurasiya mərasiminə dəvət alıblar. Xüsusilə onların arasında Argentina prezidenti Xavyer Miley və İtaliyanın baş naziri Corca Meloni var. Mərasimə Ekvador prezidenti Daniel Noboa və Paraqvayın lideri Santyaqo Penya da dəvət olunub. Onlar artıq orada iştirak etməyə hazır olduqlarını təsdiqləyiblər. Bundan başqa, ABŞ Prezidentinin inauqurasiyasında ilk dəfə olaraq Yaponiyanı Xarici İşlər Nazirliyinin rəhbəri təmsil edəcək.
Daha əvvəl Trampın mətbuat katibi Karolin Livitt “Fox News” telekanalına müsahibəsində bildirmişdi ki, Tramp xarici liderləri dəvət etməklə “təkcə müttəfiqlərlə deyil, həm də düşmənlər və rəqiblərlə” açıq dialoq apardığını göstərmək istəyib.
Həmidə İbrahimova
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Bildirilib ki, Çin lideri Si Cinpin tədbirə dəvət alıb. Bununla belə, Çin Xarici İşlər Nazirliyi elan edib ki, onun yerinə prezidentin müavini Han Çjen andiçmə mərasimində iştirak edəcək. Çin tərəfinin qərarını şərh edən agentlik qeyd edir ki, bundan əvvəl heç bir dövlət başçısı andiçmə mərasimi ilə əlaqədar ABŞ-yə rəsmi səfər etməyib.
Andiçmədə Trampa Zukerberq, Mask, Bezosla yanaşı Kuk da dəstək olacaq
Bundan əlavə digər dövlətlərin rəhbərləri də inauqurasiya mərasiminə dəvət alıblar. Xüsusilə onların arasında Argentina prezidenti Xavyer Miley və İtaliyanın baş naziri Corca Meloni var. Mərasimə Ekvador prezidenti Daniel Noboa və Paraqvayın lideri Santyaqo Penya da dəvət olunub. Onlar artıq orada iştirak etməyə hazır olduqlarını təsdiqləyiblər. Bundan başqa, ABŞ Prezidentinin inauqurasiyasında ilk dəfə olaraq Yaponiyanı Xarici İşlər Nazirliyinin rəhbəri təmsil edəcək. Daha əvvəl Trampın mətbuat katibi Karolin Livitt “Fox News” telekanalına müsahibəsində bildirmişdi ki, Tramp xarici liderləri dəvət etməklə “təkcə müttəfiqlərlə deyil, həm də düşmənlər və rəqiblərlə” açıq dialoq apardığını göstərmək istəyib.
Həmidə İbrahimova
AzVision.az
Bu mövzuda digər xəbərlər:Tramp inaqurasiya mərasimi üçün tarixi ənənəni pozdu
17 Yanvar 2025 17:34
Tramp ənənəni pozdu Bu hərəkəti narazılıq doğurdu + VİDEO
13 May 2025 17:32
Tramp çinli həmkarını inauqurasiyasına dəvət etdi
12 Dekabr 2024 10:20
Tramp bu ənənəni də dəyişir: İlk səfərini bu ölkəyə edəcək
26 Yanvar 2025 09:58
Lukaşenko: Milli adət ənənəni, mədəniyyəti qoruyun
11 İyul 2025 08:09
Baxış sayı:146
Bu xəbər 17 Yanvar 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















