Icma.az
close
up
RU
Tramp Epşteynə ad günü məktubu göndərdiyi iddialarını rədd edir

Tramp Epşteynə ad günü məktubu göndərdiyi iddialarını rədd edir

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tramp Cefri Epsteynə ad günü məktubu göndərdiyi iddialarını təkzib etdi.
Turkustan.az xəbər verir ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp, milyarder Cefri Epsteynə ad günü münasibətilə məktub göndərdiyi ilə bağlı yayılan xəbərləri qəti şəkildə təkzib edib. Xatırladaq ki, Epsteyn qızların cinsi istismarında ittiham olunaraq mühakimə olunduğu dövrdə həbsxanada ölü tapılmışdı.
"The Wall Street Journal"ın (WSJ) "Cefri Epşteynin dostları 50 illik yubiley albomu üçün ona nalayiq məktublar göndəriblər. Onlardan biri Donald Trampdan idi" başlıqlı xəbərində Trampın da Epsteynə məktub yazdığı iddia olunur.
Tramp, bu iddianı özünün "Truth Social" platformasındakı paylaşımı ilə təkzib edib. O, məktubun məzmununun və tərzinin ona aid olmadığını bildirərək, “Bunlar mənim sözlərim deyil, bu mənim yazı tərzim deyil,” – deyə qeyd edib.
Xəbərdə məktubun “qalın karandaşla çəkilmiş çılpaq qadın silueti ilə çərçivələnmiş və bir neçə sətirlik, maşında yazılmış mətndən ibarət” olduğu bildirilir. Tramp isə buna cavab olaraq, “Mən rəsm çəkmirəm,” deyə bildirib.
WSJ isə məqalənin dərcindən əvvəl Trampla əlaqə saxladıqlarını və onun məktubu yazmadığını və şəkli çəkmədiyini bildirdiyini açıqlayıb.
Donald Tramp, xəbərin yayılmasından sonra WSJ-ni məhkəməyə verəcəyini açıqlayıb. O, əlavə olaraq bildirib:
“Cefri Epşteynlə bağlı yaranmış hay-küydən sonra, mən Florida ştatının Baş Prokuroru Pam Bondidən, məhkəmənin icazəsi əsasında, bu məsələyə dair Böyük Münsiflər Heyətinin ifadələrinin açıqlanmasını xahiş etdim. Demokratlar tərəfindən davam etdirilən bu saxtakarlığa son qoyulmalıdır.”
Tramp həmçinin WSJ-ni “iyrənc və çirkin bir tabloya çevrilməkdə” ittiham edib və bu qəzetin “qeyri-mövcud mənbələrə güvənmək əvəzinə, dürüst jurnalistika prinsiplərinə qayıtmalı olduğunu” vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 18 İyul 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri