Icma.az
close
up
RU
Tramp FED sədri postuna namizədini bu ilin yayında elan edə bilər

Tramp FED sədri postuna namizədini bu ilin yayında elan edə bilər

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Tramp bu ilin yayında Federal Ehtiyatlar Sisteminin (ölkənin mərkəzi bankı kimi fəaliyyət göstərən FED) yeni sədri vəzifəsinə namizəd barədə qərar verə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” qəzeti yazıb.

FED-in hazırkı sədri Cerom Pauelin səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatır.

Nəşrin yazdığına görə, Tramp sentyabr və ya oktyabr aylarına qədər Pauelin varisinin adını seçib elan etməyə hazır olduğunu bildirib, lakin ola bilsin ki, “prezidentin Pauella qarşı qəzəbi” onu daha tez – yayda bunu etməyə sövq etsin.

Baxılan namizədlər arasında FED Rəhbərlər Şurasının keçmiş üzvü Kevin Vorş, ABŞ-ın maliyyə naziri Skott Bessent, Ağ Evin Milli İqtisadi Şurasının sədri Kevin Hasset, Dünya Bankının keçmiş prezidenti Devid Malpass və FED Rəhbər Komitəsinin üzvü Kristofer Uoller də var.

Qəzet qeyd edir ki, Trampın FED sədri postuna namizədin adını vaxtından əvvəl açıqlamaq qərarı həm Amerika liderinin özü, həm də Pauelin varisi üçün problemlər yarada bilər. Bu posta namizəd ya gələcəkdə dəstəyinə ehtiyac duyacağı gələcək həmkarlarının siyasətini açıq şəkildə tənqid etməyə məcbur olacaq, ya da Federal Ehtiyatlar Sisteminin hərəkətlərini müdafiə edəcək və beləliklə, Trampı məyus edib, vəzifəni tutmamış postunu itirəcək.

ABŞ prezidenti dəfələrlə FED-in hazırkı sədri Cerom Paueli uçot dərəcəsini endirmədiyinə görə kəskin tənqid edib. Tramp 2017-ci ilin sonunda ilk prezidentlik müddətində Mərkəzi Bankın sədri vəzifəsinə Paueli namizəd göstərib. 2021-ci ilin sonunda ABŞ-ın 46-cı prezidenti Co Bayden Paueli ikinci müddətə namizəd göstərdi. Onun səlahiyyət müddəti 2026-cı ilin mayında başa çatacaq.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 İyun 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see293

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see282

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see279

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see274

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see274

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see269

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see260

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see259

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see253

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see252

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see234

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see229

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see228

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see228

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see225

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see217

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see216

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see213

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri