Icma.az
close
up
RU
Tramp hə dedi, İrəvan razılaşdı Bakı yeni baza yaradır

Tramp hə dedi, İrəvan razılaşdı Bakı yeni baza yaradır

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Globalinfo.az Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında avqustun 8-də keçirilməsi gözlənilən görüşlə bağlı politoloq Elman Telmanoğlu ilə müsahibəni təqdim edir:

– Avqustun 4-də xəbər yayıldı ki, Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Ağ Evdə görüş baş tuta bilər. Bu, nə dərəcədə mümkündür?

– Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona səfəri və burada Ermənistanın Baş naziri Nikol Paşinyanla görüş ehtimalı Cənubi Qafqazda yeni bir mərhələnin başlaya biləcəyinə işarədir. Bu cür yüksək səviyyəli diplomatik təmasın ABŞ-da keçirilməsi sadəcə rəmzi deyil, həm də siyasi cəhətdən vacib mesajlar verir.

Vaşinqtonun belə bir görüş üçün meydan seçilməsi, təkcə vasitəçilik təşəbbüsü deyil, eyni zamanda prosesə güclü beynəlxalq dəstəyin verilməsi mənasına gəlir. ABŞ-ın bu prosesi öz nəzarəti altında aparmağa çalışması, həm Ermənistanı, həm də Azərbaycanı diplomatik cəhətdən balanslaşdırmaq məqsədi güdür.

– Azərbaycan lideri Vaşinqtona gedir və orada Paşinyanla görüşməyə razılıq verirsə, bu, Azərbaycanın şərtlərinin həm Ermənistan, həm də Birləşmiş Ştatlar tərəfindən tam qəbul edildiyi mənasına gəlir?

Həmçinin oxuyun:

İrəvan “vurmusuz” dedi, Bakı yalanladı: Zəngəzurda son durum – Nələr yaşanır?

– Rəsmi Bakı uzun müddətdir sülh sazişinin imzalanması üçün bir neçə əsas prinsip irəli sürüb – qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası, hərbi və siyasi iddialardan imtina və s. Əgər görüş baş tutarsa, bu, həmin prinsiplərin ən azı baza olaraq qəbul edildiyinə işarədir. Eyni zamanda, Ermənistanın və vasitəçi rolundan çıxış edən ABŞ-ın bu şərtlərlə razılaşdığını düşünmək məntiqlidir.


Elman Telmanoğlu

– Maraqlıdır, bu görüş nə ilə yekunlaşacaq? Sülh sazişi və ya çərçivə sənədinin imzalanması mümkündürmü?

– Görüşün yekun nəticəsi birbaşa tərəflərin hazırkı siyasi iradəsindən və texniki hazırlıq səviyyəsindən asılı olacaq. Əgər sənəd imzalanarsa, bu, daha çox çərçivə sazişi, yəni əsas prinsipləri əks etdirən ilkin razılaşma ola bilər. Həmin sənəd sülh müqaviləsinə gedən yolda əsas baza rolunu oynayacaq. Belə bir sazişin imzalanması mühüm dönüş nöqtəsi sayılır.

Nəticədə yeni bir dövrün başlaması siyasi üfüqdən görünməyə başlayır. Vaşinqton görüşü ətrafında yaşanan dinamika göstərir ki, tərəflər arasında münasibətlərdə müəyyən irəliləyiş baş verib. Lakin uzunmüddətli sülh üçün hələ çoxlu texniki, siyasi və ictimai maneələrin aşılması vacibdir. Ona görə də, bu mərhələni “yeni ümidlərin pərvərişi dövrü” kimi xarakterizə etmək daha doğru olardı.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Avqust 2025 20:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri