Icma.az
close
up
RU
“Tramp hədə qorxu gəlsə də, Ukraynanı razı salmaq çətin olacaq” QULAMHÜSEYN ƏLİBƏYLİ

“Tramp hədə qorxu gəlsə də, Ukraynanı razı salmaq çətin olacaq” QULAMHÜSEYN ƏLİBƏYLİ

Icma.az, Hurriyyet saytına istinadən bildirir.

“Dünən nüfuzlu bir informasiya vasitəsində məlumat getdi ki, Trampın 28 bəndlik planı ilə əlaqədar Putinin nümayəndəsi ilə Uitkoffun əvvəldən danışıqları olub. Bu, göstərir ki, rus mətbəxində hazırlanmış təkliflərdir”.

Bu barədə Hurriyyet.az-a keçmiş deputat, siyasətçi Qulamhüseyn Əlibəyli deyib.

“Həmin təkliflər süni şəkildə ora daxil edilmişdi. Əslində, mən hesab edirəm ki, bu, Rusiyanın beynəlxalq təcriddən çıxarılması istiqamətində aparılan siyasətin tərkib hissəsidir. Tramp çalışır ki, bu vasitələrlə Rusiyanı beynəlxalq aləmə gətirsin və özü üçün bir ad qazansın. Yəni ki, “mən sülhpərvər bir prezidentəm”. Görürsünüz, o danışıqlarda da deyir ki, “Trampı tərifləmək lazımdır, sizin üçün təşəbbüslər irəli sürür”. Yəni Tramp çalışır ki, həyatının sonunda sülhpərvər adam obrazı yaransın və mümkün olsa, gələn il Nobel sülh mükafatı almış olsun. Amma faktiki olaraq, heç bir konflikti, münaqişəni normal nizamlamaq imkanına malik deyil, nə Qəzzadakı, nə Ukraynadakı, nə də Pakistan-Hindistan arasındakı konflikt nizamlanıb”,-deyə Siyasətçi əlavə edib.

Q.Əlibəyli qeyd edib ki, Trampın aktivinə bir dənə Azərbaycan-Ermənistan arasında bəyannamənin imzalanması yazıla bilər: “O da demək olar ki, danışıqlar başa çatmışdı, əsas şərtlər razılaşıdırılmışdı və həmin razılaşdırılmış şərtlər əsasında da müqavilənin şərtləri razılaşdırıldı. Hər halda, Trampın 8 avqust bəyannaməsinə qol çəkməsi müsbət hadisə kimi qiymətləndirlir. Çünki artıq Amerikanın bir növ təminatı kimi nəzərdən keçirilə bilər”.

“Tramp “sülh planı”nı 28-dən 22-yə endiribsə, yəni  gözlə görünən bir sıra məsələlər vardı ki, onlar süni şəkildə ora salınmışdı. Rus dilinin ikinci dövlət dili elan olunması, Avropa İttifaqına daxil olmamaq və s. Bunlar artıq süni məsələlərdir. Hesab edirəm ki, bunlar gələcəkdə güzəşt vermək üçün nəzərdə tutulub. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ukraynaya nə qədər hədə-qorxu gəlsələr də, Avropa Birliyi başqa bir mövqe tutub. Tramp hədə-qorxu gəlsə də, buna nail ola bilməyəcək, Ukraynanı razı salmaq onun üçün bir az çətin olacaq”,-deyə Siyasətçi vurğulayıb.

Q.Əlibəyli hesab edir ki, Ukraynanın daxilində də narazılıq yaratmaq cəhdləri ola bilər: “Mümkün olan bir məsələdir. Hesab edirəm ki, xüsusən, korrupsiya faktları ilə bağlı qalmaqal Ukraynanın daxilində qarışıqlıq yaratmaq məqsədilə irəli sürülür. Ola bilsin ki, orada korrupsiya da var. Amma hər halda, Ukrayna xalqı bu gün ruslara ərazi güzəştləri getməyə tam şəkildə razı deyil. Ona görə də, müharibə yəqin ki, müəyyən müddət davam edəcək. Əslində, perspektivdə müharibənin davam etməsi həm Avropa İttifaqına, həm də Amerika Birləşmiş Ştatlarına bir az sərfəli olan bir variant kimi görünür. Çünki onlar çalışırlar ki, bu iki xalq bir-birini əzsin, zəiflətsin və onlar öz bildiklərini etsinlər”.

CAVİD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Noyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see126

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see122

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri