Tramp “İran danışıqları”nı kimin vasitəsilə aparır? AÇIQLAMA
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp son günlər İranla bağlı danışıqlar apardığını və bunu davam etdirməyi planlaşdırdığını bildirib: "Danışıqlar olub və davam etdirməyi planlaşdırıram".
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp bunu prezident müxbirlərinin sualına cavab olaraq bildirib.
Lakin Amerika lideri dəqiq kiminlə və nə vaxt danışıqlar apardığını açıqlamayıb.
ABŞ prezidenti həmçinin bir çox nəhəng ABŞ gəmilərinin hazırda İrana ıtrafında yerləşdiyini təkrarlayıb. "Onlardan istifadə etməli olmasaydıq, əla olardı", - deyə o bildirib.
Amerika prezidenti həmçinin Tehrana qarşı tələblərini də açıqlayıb.
"Mən onlara iki şey dedim. Birincisi, nüvə silahına son qoyulsun. İkincisi, etirazçıları öldürməyi dayandırın", - deyə Tramp bildirib.
Bəzi iddialara görə, Trampla İran arasında vasitəçiliyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 30 Yanvar 2026 13:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















