Tramp: İrana heç nə keçməyəcək
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranı ikiüzlülükdə ittiham edib.
Modern.az xəbər verir ki, bu barədə o, “Truth” sosial mediasında yazıb.
Tramp bildirib ki, İran tərəfi görüşmək istəyir, danışıqlar başlayır, yaxın gələcəkdə daha çox danışıqlar planlaşdırılır. Daha sonra heç bir müzakirə aparmadıqlarını deyirlər.
Onun sözlərinə görə, İran Hörmüz boğazını idarə etdiyini desə də, o, artıq ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən tamamilə nəzarətdədir.
“Razılaşma və ya tam təslim olmadıqca İrana heç nə keçməyəcək. İran bunu etiraf etmək istəsə də, istəməsə də, əslində, onilliklərdir onların yaratdığı problemin həllindən danışırıq. Məsələ sadədir, İranın heç vaxt nüvə silahı olmayacaq”,- deyə Tramp əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 03 Avqust 2026 20:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















