Tramp İrana qarşı əməliyyatın genişləndirilməsi ehtimalından danışıb
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
İrana genişmiqyaslı zərbələrin endirilməsi barədə hələ yekun qərar qəbul edilməyib.
Bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
"Xeyr, biz hazırda onlarla (İranla) danışırıq. Düşünürəm ki, onlar hər keçən gün daha ciddi mövqe nümayiş etdirirlər. Bunun səbəbi yəqin ki, hamıya aydındır. Amma biz onlarla danışıqlar aparırıq", – deyə o, bununla bağlı sualı cavablandırarkən bildirib.
Bundan əvvəl Tramp ABŞ-nin İranla münaqişədən çıxış strategiyasının ya hərbi əməliyyatların genişləndirilməsini, ya da razılaşmanın əldə olunmasını nəzərdə tutduğunu demişdi. O bildirmişdi ki, hərbi variant zərbələrin getdikcə daha sərt şəkildə davam etdirilməsini ehtiva edir. Bununla yanaşı, daha məntiqli yolun razılığa gəlmək olduğunu vurğulamışdı. Tramp qeyd edib ki, İrana qarşı zərbələrin intensivləşdirilməsi ilə bağlı hələlik yekun qərar qəbul etməyib. /Trend
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 25 İyul 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















