Icma.az
close
up
RU
TRAMP İRANLA BAĞLI YALAN DANIŞIR? Politoloq aydınlıq gətirir

TRAMP İRANLA BAĞLI YALAN DANIŞIR? Politoloq aydınlıq gətirir

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezident Donald Tramp hər çıxışında “İran bizimlə danışıqlar aparmaq istəyir”, hətta “danışıqlar üçün bizə yalvarırlar” kimi ifadələr işlətsə də, qarşı tərəf Vaşinqtonla heç bir dialoqun olmadığını vurğulayır.

Tərəflərin masada oturduqlarına dair məlumar yoxdur. Halbuki, bir neçə dövlət, o cümlədən Türkiyə və Pakistan vasitəçilik təşəbbüsləriylə çıxış ediblər. Pakistanın baş naziri Şahbaz Şərif ölkəsinin ərazisində görüşlər təşkil edə biləcəyini açıqlayıb. Ancaq Vaşinqton və Tehran Şahbaz Şərifin təklifinə müsbət reaksiya verməyib. Bunun əvəzinə Pakistanda bu ölkənin, o cümlədən Türkiyə və Misir xarici işlər nazirlərinin görüşü planlaşdırılıb. Bu 3 dövlət müharibəni dayandırmaq üçün müzakirələr aparacaqlar. Ancaq bu müzakirələrin də müharibə aparan tərəfləri masaya oturmağa sövq edəcəyini söyləmək çətindir. 

Məsələni qəlizləşdirən Pakistanın özünün də Əfqanıstanla münaqişə içərisində olmasıdır. Türkiyə bu iki dövlət arasında bir neçə dəfə vasitəçilik etsə də, gərginlik azalmayıb. İki ölkə arasında silahlı toqquşmalara ara verilsə də, İslamabadla Kabil arasındakı mübahisəli məsələlər həll olunmayıb. Digər tərəfdən İslamabad Səudiyyə Ərəbistanının strateji müttəfiqidir və İranın bu ölkəyə qarşı raket zərbələrini qətiyyətlə pisləyib. Yəni Vaşinqton hansısa məqamda İslamabadınn vasitəçiliyini qəbul etsə belə, Tehranın müzakirələrin Pakistanda həyata keçirilməsinə razılaşacağı sual altındadır. 

Yaxın Şərqdəki müharibələr müxtəlif dövlətləri hərbi xərcləri artırmağa vadar edib. Bu arada, Pakistanın rəqibi Hindistan Rusiyadan yeni S-400 hava hücumundan müdafiə sistemlərinin tədarükünü də əhatə edən təxminən 25 milyard dollar dəyərində hərbi satınalma planını təsdiqləyib. Maraqlıdır ki, Hindistan Fransanın Rafael qırıcı təyyarələrinin, o cümlədən Boeing P-8I kəşfiyyat təyyarələinin alınması üçün 40 milyard dollar dəyərində sazişi də təsqiqləyib. Buna baxmayaraq, Hindistan Rusiyadan hava müdafiə sistemləri ilə yanaşı bu ölkədən pilotsuz uçuş aparatları almağı da planlaşdırır. Eyni ilə Çin də həm hərbi büdcəsini artırır, həm də hərbi texnika istehsalını modernləşdirməyə çalışır.

Elxan ŞAHİNOĞLU, 

Politoloq 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 28 Mart 2026 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri