Icma.az
close
up
RU
Tramp: “İrəliləyişə nail ola bilmədim” VİDEO

Tramp: “İrəliləyişə nail ola bilmədim” VİDEO

Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, Amerika liderinin fikrincə, Ukraynadakı münaqişə ilə bağlı sülh prosesi danışqılarında irəliləyiş yoxdur.
“Bizim söhbətimiz oldu. Bu kifayət qədər uzun söhbət zamanı İran da daxil olmaqla çox şeyi müzakirə etdik. Biz Ukraynadakı münaqişədən də danışdıq və mən bundan məmnun deyiləm. Mən irəliləyişə nail olmadım”, - Donald Tramp Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava qüvvələri bazasında jurnalistlərə açıqlamasında deyib.
Bununla belə, Tramp Vaşinqtonun Ukraynaya hərbi yardımı davam etdirdiyini, lakin bu zaman ABŞ-nin özünün kifayət qədər sursata olduğunu da nəzərə alır. O, keçmiş prezident Co Baydeni Kiyevə silah “paylamaqla” ABŞ-nin arsenalını “boşaltmaqda” ittiham edib.
- Biz silah veririk, amma çoxlu silah vermişik. Biz silah veririk, onlara kömək etmək üçün onlarla işləyirik. Eyni zamanda, əmin olmalıyıq ki, bizim özümüzə də çatacaq”, - Donald Tramp vurğulayıb.
Rusiya öz mövqeyindən çəkilməyib
Qeyd edək ki, bu, Trampın Ağ Evə qayıtmasından sonra Rusiya prezidenti ilə keçirdiyi altıncı telefon danışığı olub.
Vaşinqton Kiyevə yardımı dayandırır | VİDEO Təxminən bir saat davam edən söhbətlə bağlı açıqlama verən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Donald Trampın növbəti dəfə Ukraynada hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini gündəmə gətirdiyini təsdiqləyib. Vladimir Putin öz növbəsində Moskvanın münaqişənin siyasi danışıqlar yolu ilə həllini axtarmaqda davam etdiyini söyləyib.
“Rusiya öz məqsədlərinə, yəni hazırkı vəziyyətə, hazırkı kəskin qarşıdurmaya səbəb olan məlum əsas səbəblərin aradan qaldırılmasına nail olacaq”, - Uşakov Putinin Trampa cavabından sitat gətirib.
Xatırladaq ki, iyulun 2-də öz mənbələrinə istinad edən “Politico” nəşri və “NBC News” telekanalı Pentaqonun bəzi zenit-raket komplekslərinin və digər dəqiq idarəolunan hərbi sursatların Ukraynaya çatdırılmasını dayandırdığı barədə məlumat yayıblar.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli , öz növbəsində, Vaşinqtonun Ukraynaya silah, o cümlədən hava hücumundan müdafiə (HHM) raketləri və dəqiq idarəolunan hərbi sursatların təhvil verilməsini müvəqqəti olaraq dayandırdığı barədə “NBC News” telekanalının yaydığı məlumatı təsdqiləyib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azvision.az
archiveBu xəbər 08 İyul 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see506

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see458

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see357

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see297

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see293

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see281

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see263

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see240

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see234

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see229

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see222

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see219

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see217

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see213

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see212

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see208

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see197

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see188

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see180

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri