Tramp Kanadanı işğalla hədələyib “ABŞnin 51ci ştatı ola bilər” AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Kanadanın Baş naziri Castin Trüdo ilə görüşü zamanı bildirib ki, Kanada qanunsuz miqrasiya və narkotik qaçaqmalçılığı problemlərini həll etməsə, Amerikanın 51-ci ştatı ola bilər.
“AzPolitika” xəbər verir ki, bu barədə öz mənbələrinə istinadla “Fox News” telekanalı məlumat yayıb.
Məlumatda deyilir ki, danışıqlar ötən həftə Floridadakı Mar-a-Laqo iqamətgahında baş tutub. Tramp Trüdoya 2025-ci il yanvarın 20-nə, yəni, andiçməyə qədər Ottavanın Kanada sərhədindən qeyri-qanuni miqrant axınının qarşısını almayacağı və ticarət kəsirini(100 milyard dollar) azaltmayacağı təqdirdə bütün Kanada mallarına 25% rüsum tətbiq edəcəyini söyləyib.
Kanalın mənbələrinin dediyinə görə, Trüdo cavabında deyib ki, bu cür tədbirlər Kanada iqtisadiyyatını məhv edəcək. Tramp isə bu halda Kanadanın ABŞ-nin 51-ci ştatı ola biləcəyini söyləyib. O, həmçinin əlavə edib ki, Trüdo həmin 51-ci ştatın qubernatoru ola bilər. Telekanalın məlumatına görə, bu ifadə Kanada baş nazirinin “əsəbi gülüşünə” səbəb olub.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 03 Dekabr 2024 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















