Icma.az
close
up
RU
Tramp komandasında fikir ayrılıqları yaranıb RƏY

Tramp komandasında fikir ayrılıqları yaranıb RƏY

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezidentin xüsusi nümayəndəsi Uitkoff Ukraynanın güzəştə getməsini istəyir

 

Dövlət katibi Rubio isə Avropa İttifaqının mövqeyini dəstəkləyir

 

ABŞ dövlət katibi Marko Rubio ilə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında Rusiya və Ukrayna ilə bağlı danışıqlar mövzusunda ciddi fikir ayrılıqları yaranıb. Bu barədə "NBC Nyus" nəşri diplomatik və siyasi dairələrdəki mənbələrə əsasən məlumat verib. Qeyd olunub ki, ABŞ Prezidenti Donald Trampın administrasiyasının iki yüksək vəzifəli rəsmisi Rusiya-Ukrayna müharibəsinin uğurlu nəticəsini fərqli şəkildə görürlər. Rubio hesab edir ki, sülhə nail olmaq üçün Rusiyaya hərbi və iqtisadi təzyiqi artırmaq lazımdır. Uitkoff isə daha çox Ukraynanın güzəştlərə getməsini dəstəkləyir. İddialara görə, Rubio Cenevrədə Ukrayna nümayəndələri ilə görüşdə iştirak etməyi planlaşdırırdı. Lakin Uitkoff dövlət katibindən əvvəl ora gedərək onun iştirakı olmadan danışıqları aparmağa çalışıb. Buna baxmayaraq, Rubio vaxtında Cenevrəyə çataraq danışıqlarda iştirak edib. Oxşar vəziyyət apreldə Fransa Prezidenti Emmanuel Makronla görüş zamanı da yaşanıb.

Ədalət Partiyasının sədri Mütəllim Rəhimov Sherg.az-a açıqlamasında deyib ki, ümumiyyətlə, ABŞ Rusiya-Ukrayna müharibəsinə dünyadakı digər güc mərkəzlərindən, xüsusən Avropa Birliyindən tamamilə fərqli mövqe sərgiləyir. Ekspert vurğulayıb ki, savaşla bağlı Tramp administrasiyasının özündə də fikir ayrılıqları qaçılmaz idi:

"Tramp hökumətinin müharibəyə baxışı özündən əvvəlki Bayden administrasiyasından 180 dərəcə fərqlənir. Təbii ki, bu cür radikal dəyişimə uğrayan mövqenin ABŞ hakimiyyətində təmsil olunan hər kəs, o cümlədən ölkə ictimaiyyəti tərəfindən qəbul olunması mümkünsüzdür. Ona görə də zaman-zaman Tramp hakimiyyətində Rusiya-Ukrayna müharibəsinə münasibətdə fərqli fikirlər üzə çıxır. Dövlət katibi Mark Rubionun bu məsələdə fəal mövqe sərgiləmədiyini görmüşdük. Çox güman ki, Rubionun fərqli mövqeyi Prezident D.Trampın ona etimad göstərməməsi və danışıqlarda aktiv iştirakına imkan verməməsi ilə bağlıdır. O səbəbdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqların mərkəzində Prezident Trampın xüsusi nümayəndəsi Uitkofun yer aldığını görürük. Çünki Uitkofun mövqeyi bilavasitə Trampın yanaşmasını ifadə edir. Uitkoff da Tramp kimi Ukrayna hökumətinin daha çox güzəştə getməsini, ərazi itkiləri ilə barışmasını istəyir. Rubio isə açıq-aşkar Ukraynanın mövqeyini müdafiə edir, haqlı olduğunu düşünür. Nəzərə alaq ki, Dövlət katibinin yanaşması eyniylə Avropa İttifaqının baxışı kimidir".

M.Rəhimova görə, istənilən halda Rubio ilə Uitkoff arasında ziddiyyət ABŞ-nin siyasi hakimiyyətində ciddi fikir ayrılığının ortaya çıxması deməkdir:

"Trampın bu cür fikir ayrılıqlarına münasibəti kifayət qədər dözümsüzdür. Böyük ehtimal, Tramp hər hansı qarşıdurmada birmənalı Uitkofu müdafiə edəcək. Xatırladım ki, vitse-prezident Vensin özü də bu məsələdə Tramp-Uitkof mövqeyini bölüşür. Vens də söyləyir ki, müharibənin dayandırılması asan deyil və tərəflər reallıqları, cəbhədəki mövcud durumu mütləq nəzərə almalıdır. İndiki qiymətləndirmədə isə Ukraynanın vəziyyəti yaxşı deyil. ABŞ administrasiyasının əsas fiqurları Rusiyaya yox, Ukraynaya təzyiq göstərməyi daha uyğun görürlər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Dekabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri