Icma.az
close
up
RU
Tramp Konqresdən icazə almadan İrana hücum edə bilər? AÇIQLAMA

Tramp Konqresdən icazə almadan İrana hücum edə bilər? AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Amerika Birləşmiş Ştatlarında seçkilərin nəticələri gözlənilən idi. Çünki seçkilərdən əvvəl keçirilən rəy sorğularında Trampın partiyasının məğlub olacağı proqnozlaşdırılırdı. Ancaq fərqin bu qədər böyük olacağı gözlənilmirdi. Bunu gözlənilməz nəticə kimi qiymətləndirmək olar".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Oqtay Qasımov bildirdi.

Onun fikrincə, bu seçkilərdə respublikaçıların məğlubiyyətinin əsas səbəblərindən biri Trampın İranla başladığı müharibə və bunun nəticəsində ABŞ-də enerji daşıyıcılarının, xüsusilə yanacağın qiymətinin təxminən 40 faiz bahalaşması oldu:

"Bu amilin təsirləri seçkilərin nəticələrində də özünü göstərdi. Qarşıdakı ildə Donald Tramp Konqres və Senatla ciddi gərginlik şəraitində işləməli olacaq. Artıq onun siyasətini yenidən tənzimləməyə, tarazlaşdırmağa çalışacaqlar. İranla müharibə məsələsinə gəlincə, düşünürəm ki, Donald Trampın bu ölkəyə qarşı həyata keçirmək istədiyi siyasətin əsas məqsədlərindən biri İranın nüvə proqramını məhv etmək, ölkəni və xüsusilə də onun enerji resurslarını ABŞ-nin nəzarətinə keçirmək idi. Ancaq bu məqsədlərə nail olmaq mümkün olmadı".

Siyasi şərhçinin sözlərinə görə, bununla belə, nəzərə almaq lazımdır ki, Yaxın və Orta Şərqdə hələ seçkilərdən əvvəl böyük hərbi qüvvələr cəmləşdirilmişdi.

"Xüsusilə İsraildə seçkilərdən sonra mürəkkəb vəziyyətlə üzləşən Benyamin Netanyahu da İranla müharibənin tərəfdarıdır. Düşünürəm ki, Donald Tramp növbəti dəfə İrana qarşı müəyyən hərbi əməliyyatlar keçirə bilər. Bu ehtimal kifayət qədər ciddi olaraq qalır. Çünki bölgədə toplanan hərbi qüvvələr, artan aqressiv ritorika, ABŞ prezidentinin qarşıya qoyduğu hədəflərə çata bilməməsi və İranla razılaşmanın əldə olunmaması müharibə riskini kifayət qədər artırır. Bu baxımdan, belə bir addımın atılması mümkündür. Düşünürəm ki, Donald Tramp öz səlahiyyətlərindən istifadə edərək Konqres və Senatdan əvvəlcədən icazə almadan İrana qarşı qısamüddətli hərbi zərbələrin endirilməsi barədə göstəriş verə bilər", - deyə O.Qasımov sözlərini yekunlaşdırdı.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Noyabr 2026 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri