Tramp Konqresdən milli təhlükəsizlik üçün rekord məbləğdə büdcə tələb edəcək
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp Konqresdən oktyabrın 1-dən başlayacaq maliyyə ili üçün rekord 1.01 trilyon dollar məbləğində milli təhlükəsizlik büdcəsi tələb edəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Bloomberg" agentliyi Ağ Evdəki mənbələrə istinadən məlumat verib.
Məlumata görə, ayrılan vəsaitin "Qızıl qübbə" raketdən müdafiə sisteminin təmin edilməsi, gəmiqayırma və nüvə enerjisi infrastrukturunun modernləşdirilməsinə yönəldilməsi planlaşdırılır. Bundan əlavə, büdcədə ABŞ hərbi qulluqçularının maaşlarının 3.8% artırılması nəzərdə tutulur.
Xatırladaq ki, aprelin 8-də Tramp administrasiyasının ümumi məbləği "təxminən" 1 trilyon dollar olan müdafiə büdcəsi hazırladığını açıqlamışdı. 2024-cü il üçün müdafiə büdcəsi 841 milyard dollar təşkil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 02 May 2025 13:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















