Icma.az
close
up
RU
“Tramp kursunu dəyişməsə, Putin istədiyinə nail olacaq” “Avropa yeni sanksiyalara doğru, ABŞ isə əks istiqamətdə hərəkət edir”

“Tramp kursunu dəyişməsə, Putin istədiyinə nail olacaq” “Avropa yeni sanksiyalara doğru, ABŞ isə əks istiqamətdə hərəkət edir”

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışdıqdan sonra deyib ki, Rusiya və Ukrayna müharibənin həllini özləri tapmalıdırlar. O özü isə prosesdən çəkilir kimi görünüb.

“AzPolitika” xəbər verir ki, bu mövzuya toxunan “The New York Times”(NYT)-ın yazdığına görə, məsələ ilə tanış olan rəsmilərin fikrincə, Tramp Rusiyaya qarşı yeni sanksiyalar da daxil olmaqla Avropanın Moskvaya təzyiq kampaniyasına qoşulmaqla bağlı əvvəlki mövqeyindən geri çəkilib.

Nəşr yazır: “Əgər Tramp yenidən kursunu dəyişməsə, Putin tam istədiyinə nail olacaq: nəinki Amerikanın təzyiqinə son qoyulacaq, həm də NATO daxilində, amerikalılarla onların avropalı müttəfiqləri arasında dərin çatlar yaranacaq”.

Ağ Ev rəsmilərindən birinin NYT-yə verdiyi məlumata görə, buna səbəb “Rusiyaya qarşı əlavə sanksiyaların biznesin inkişafına mane olması və prezidentin amerikalılar üçün iqtisadi imkanları maksimum dərəcədə artırmaq istəməsidir”. Yəni, Tramp birinci yerə biznesi qoyur.

Bununla belə, nəşrin qeyd etdiyi kimi, Trampın Volodimir Zelenski və avropalılarla söhbətinin alt mətni ondan ibarətdir ki, Amerikanın diplomatik səyləri, Ukrayna üçün yeni silahlar və Rusiyaya qarşı iqtisadi sanksiyalar erası artıq başa çatır:“Bir sıra Avropa rəsmiləri söhbətdən onu başa düşdülər ki, ABŞ-nin tezliklə onların Moskvaya qarşı əlavə maliyyə təzyiqlərinə qoşulmasını gözləməməlidirlər”.

Avropa liderləri hesab edirlərki, Tramp əsl məqsədinin reallaşmasına - Vaşinqton və Moskva arasında münasibətləri normallaşdırmağa keçid edir. Məqalədə deyilir: "Zəif irəliləyişdən və Putinin barışmazlığından məyus olan Tramp açıq şəkildə danışıqlardan uzaqlaşmaq fikrinə düşüb. Bazar ertəsi tvitində o, ABŞ-ni danışıqlardan kənarlaşdırmaq və Rusiya ilə işgüzar sövdələşmələrə keçmək istədiyini açıqlayıb".

NYT-nin qeyd etdiyi kimi, Tramp Amerika şirkətlərinə Rusiyanın enerji sektorundan və nadir torpaq minerallarından faydalanmaqda kömək etməyə çalışır, baxmayaraq ki, ABŞ indiyədək Rusiya və Ukrayna arasında sülh razılaşması əldə olunmayana qədər bu sövdələşmələrin heç birinin baş tuta bilməyəcəyində təkid edirdi.

Eyni zamanda, məlumatlı mənbələrə görə, Putin Trampın ticarət arzusunu başa düşür və buna görə onların söhbətinin əsas hissəsini potensial iqtisadi əlaqələrə yönəldib: "Nəticədə, Avropa indi yeni sanksiyalara doğru irəliləyir, Birləşmiş Ştatlar isə əks istiqamətdə hərəkət etməyə hazırlaşır - Ukraynadan əl çəkməyə və Rusiya ilə daha sıx əlaqələr qurmağa çalışır. Bu, Putinin iyirmi ildir ki, NATO daxilində yaratmağa və ondan istifadə etməyə çalışdığı parçalanmadır".

Yüksək səviyyəli bir avropalı məmur nəşrə bildirib ki, qeyd-şərtsiz atəşkəsi birmənalı rədd edəcəyi təqdirdə belə, Tramp Rusiyaya qarşı sanksiyalara qoşulmaqda qəti maraqlı görünmür. Onun indiyə qədərki təhdidləri isə əsasən görüntü xarakteri daşıyıb və ABŞ yeni ciddi sanksiyaların hazırlanmasına qoşulmayıb.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 21 May 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri