Tramp Maska administrasiyasında vəzifə verəcək?
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Donald Tramp administrasiyasında mənə vəzifə verərsə, ölkədə federal agentliklərin sayını azaltmağa çalışacağam”.
“Qafqazinfo” rbc.ru-ya istinadən xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask Taker Karlsonun onlayn şousunda danışarkən deyib.
Mask bildirib ki, o, ABŞ-nin yeni seçilmiş Prezidentinə hökumətin daha səmərəli fəaliyyəti üçün kömək etmək istəyir: “Bizim nəhəng bürokratiyamız var. Amerikanı yenidən inşa etmək istəyənlərə şərait yaratmalıyıq”.
Qeyd edək ki, Mask prezident seçkiləri zamanı Trampı açıq şəkildə dəstəkləyərək sponsorluq edib və kampaniyası çərçivəsində dəfələrlə mitinqlərdə çıxış edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 09 Noyabr 2024 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















