Tramp miqranların olduğu təyyarəni qəbul etməyən Kolumbiyaya 25 faiz rüsum tətbiq edib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Vaşinqton, 27 yanvar, AZƏRTAC
ABŞ Prezident Donald Tramp immiqrantların deportasiyasını həyata keçirən ABŞ hərbi təyyarələrinin enişinə mane olmasından sonra Kolumbiyaya qarşı 25 faiz rüsum tətbiq edib.
AZƏRTAC-ın məlumatına görə, Tramp Kolumbiyadan ABŞ-a gələn bütün mallara rüsumun dərhal tətbiq ediləcəyini və bir həftə ərzində rüsumun 25 faizdən 50 faizə qaldırılacağını bildirib.
Kolumbiya Prezidenti Qustavo Petro da ABŞ-a 50 faiz rüsum tətbiq edəcəyini açıqlayıb.
Qeyd edək ki, bu gün Kolumbiya Prezidenti Qustavo Petro ölkəyə doğru hərəkət edən miqrantları daşıyan ABŞ-a məxsus iki hərbi təyyarənin enişinə icazə verməyib. O, mülki təyyarələrlə səyahət edən repatriasiya edilmiş miqrantları qəbul etməyə hazır olduğunu bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 27 Yanvar 2025 06:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















