Icma.az
close
up
RU
Tramp Netanyahuya güclü dəstək verəcək: Yaxın Şərqdəki münaqişə ocağı daha da alovlana bilər...

Tramp Netanyahuya güclü dəstək verəcək: Yaxın Şərqdəki münaqişə ocağı daha da alovlana bilər...

Icma.az xəbər verir, Sitat.info saytına əsaslanaraq.

Yaxın Şərqdə davam edən İsrail-Fələstin münaqişəsi və Livanda artan gərginlik beynəlxalq siyasi münasibətlərdə və ikitərəfli əlaqələrdə böhran riskini artırır. Donald Trampın bu məsələlərdə tutacağı mövqe regiondakı proseslərə, xüsusilə ABŞ-Türkiyə münasibətlərinə ciddi təsir göstərə bilər. Türkiyə Livan və Fələstinin müdafiəsində qəti mövqe nümayiş etdirərək, Fələstinə dəstəyini gücləndirir. Bu, İsrail və Türkiyə arasındakı münasibətlərin yenidən gərginləşməsinə səbəb ola bilər. Hazırkı durum həm də Ankara və Vaşinqton arasında strateji əməkdaşlığın gələcəyini sual altına qoyur.

Bəs, İsrailin Livanda və Fələstində  apardığı müharibə ilə bağlı Trampın mövqeyi necə olacaq? Bu Türkiyə-Amerika münasibətlərinə təsir edəcəkmi? İsrail-Türkiyə münasibətlərində savaşa yola açacaq ciddi gərginlik  ola bilərmi?

Bu mövzu ilə bağlı Sitat.info-ya danışan iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib ki, Tramp bu məsələdə İsraili daha çox dəstəkləyəcək: ”Düşünürəm ki, Bayden də İsraili dəstəkləyirdi, ancaq Tramp daha çox dəstəkləyəcək. Bu birmənalıdır. Türkiyə-Amerika məsələsinə gəldikdə isə Türkiyə-Amerika arasında ilk mərhələdə gərginlik müşahidə olunsa da, ancaq kökdə hər hansı dəyişikliyin olmasını gözləmirəm”.

E.Əmirov vurğulayır ki, Türkiyə-İsrail münasibətlərində də ciddi bir dəyişiklik olacağını gözləmir: ”Vaxtaşırı onların münasibətlərində kritik vəziyyət yaranır. Ancaq birmənalı olaraq qeyd etmək istəyirəm ki, onların münasibətlərinin normallaşmasında Azərbaycanın böyük rolu olub. Azərbaycan artıq qlobal səviyyədə bir gücə çevrilərək bir çox dövlətlər arasında olan münasibətlərin tənzimlənməsində, o cümlədən İsrail-Türkiyə arasında olan münasibətlərin normallaşmasında müstəsna rol oynayır”.

Ekspertin fikrincə İsraillə Türkiyə arasında savaşın olması gözlənilmir: "Bu savaş İsrail üçün də ölümcül ola bilər, Türkiyə üçün də dağıdıcı ola bilər. Bu səbəbdən heç bir tərəf belə birbaşa qarşıdurmaya getməyəcək”.

Aytac Baxış,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sitat.info
archiveBu xəbər 19 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see261

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see212

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see200

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see190

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see162

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

OKX də Avtomatlaşdırılmış P2P Sifariş İcrası işə düşdü

11 Dekabr 2025 12:12see146

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see139

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see139

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see133

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see131

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Simonyan: Azərbaycan Ermənistan sərhədinin daha bir hissəsi tezliklə demarkasiya ediləcək

10 Dekabr 2025 22:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri