Icma.az
close
up
RU
Tramp nüfuzunu qorumaq üçün geri dönüş edəcək ŞƏRHLƏR

Tramp nüfuzunu qorumaq üçün geri dönüş edəcək ŞƏRHLƏR

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ prezidenti gec-tez sülhün mümkünsüzlüyünü anlayacaq 


Putinin oyunpozanlıq etməsi Trampın çıxılmaz vəziyyətə düşməsinə səbəb olacaq


ABŞ Prezidenti Donald Tramp və Ukrayna rəhbəri Volodimir Zelenski arasında mineral ehtiyatlarla bağlı razılığın əldə olunmaması ABŞ-nin Ukraynaya hərbi yardımını dayandırmasına səbəb oldu və davam edən geosiyasi müzakirələrə ciddi təsir göstərdi. Hərbi yardımın dayandırılması qərarından sonra Zelenski ABŞ ilə mineral ehtiyatlar sazişini imzalamağa hazır olduğunu bildirdi. Tramp Konqresdəki ilk çıxışı zamanı Zelenskidən Ukraynanın sülh danışıqlarına başlamağa və ABŞ ilə mineral ehtiyatlarla bağlı sazişi yekunlaşdırmağa hazır olduğunu ifadə edən məktub aldığını elan etdi. Məlumata görə, məktubda “Mineral ehtiyatlar və təhlükəsizliklə bağlı sazişə gəldikdə, Ukrayna onu sizin üçün uyğun olan istənilən vaxt imzalamağa hazırdır” deyilib. Məktub iki lider arasında gərgin keçən və mineral sazişlə bağlı razılıq əldə edilmədən başa çatan görüşdən sonra yazılıb. 

Son məktuba cavab olaraq Tramp münaqişənin sona çatması ilə bağlı nikbinliyini ifadə edib. Tramp hesab edir ki, həm Zelenski, həm də Putin danışıqlara açıqdır, bu da münaqişənin həll olunacağına ümidləri artırır. Trampın mövqeyi açıq şəkildə göstərir ki, ABŞ Avropanın üzərinə daha çox məsuliyyət götürməyə təşviq edir. Tramp hesab edir ki, ABŞ qlobal təhlükəsizliyin maliyyə yükünü daşımalı deyil, bundan daha çox digər ölkələr faydalanır. ABŞ dövlət katibi Marko Rubio deyib ki, Ukrayna münaqişəsi Moskva ilə Vaşinqton arasında proksi-müharibədir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bildirib ki, Kreml ABŞ dövlət katibi Marko Rubionun sözləri ilə razıdır: “Biz bununla razıyıq. Elədir ki, var. Biz dəfələrlə bu barədə danışmışıq. Demişik ki, bu, əslində, Rusiya ilə kollektiv Qərb arasında münaqişədir. Kollektiv Qərbin isə əlbəttə ki, əsas ölkəsi ABŞ-dir. Ona görə də burada bu, prezidentimiz və xarici işlər nazirimizin dəfələrlə səsləndirdiyi mövqe ilə tam uyğundur”. Peskov bu münaqişəni və müharibəni dayandırmağın vaxtının çatdığını da vurğulayıb. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas isə bildirib ki, Ukrayna ilə bağlı razılaşmada onlar da hesablanmalıdır: "Müharibə Avropada davam edir və bu, Avropada həqiqətən sülh və təhlükəsizlik məsələsidir. Hər hansı bir razılaşma ilə bağlı biz də hesablanmalıyıq. Müharibəni sona çatdırmaq və uzunmüddətli sülh əldə etmək məsələsində biz burada nəyin riskdə olduğunu bilirik. Bu müzakirələr davam edir. Hər hansı bir razılaşmanın həyata keçirilməsi məsələsində avropalılar bu prosesin içində olmalıdır". 


Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Donald Trampın Zelenskinin zəif durumundan istifadə edib onun üzərinə getməsi və bu cəhdlərin müharibənin dayandırılması üçün kifayət edəcəyini düşünməsi doğru deyil. Ekspertin sözlərinə görə, Tramp özlüyündə Putinin artıq razılaşmaya hazır olduğundan əmindir: 


"Tərəflər arasında gizli danışıqların davam etdiyi qeyd edilir. Amma Putinin hansısa razılaşmaya nə qədər hazır olduğu sual altındadır. Ukrayna hansısa şərtlərlə atəşkəsə razı salına bilər, ancaq Rusiyanın tələbləri yerinə yetirilməzsə, buna razı olmayacaq. Rusiyanın tələbi Kremlin elan etdiyi kimi Ukrayna əyalətlərinin tamamının qeyd-şərtsiz ona verilməsidir. Bu da mümkün görünmür. Belə durumda sülh və ya atəşkəs müqaviləsindən danışmaq tezdir. Ehtimal ki, Tramp ilkin razılığa qədər Ukraynanın minerallarla bağlı müqaviləyə imza atmasına nail ola bilər. Lakin Putinin oyunpozanlıq etməsi Trampın çıxılmaz vəziyyətə düşməsinə səbəb olacaq. Ağ Ev rəhbəri Rusiyaya qarşı tədbirlər görməyə məcbur qalacaq. Bu da mövcud durumu daha çıxılmaz edəcək. ABŞ prezidenti Ukraynadakı iqtisadi maraqlarını qorumağa çalışır. Fikrimcə, Tramp gec-tez sülhün mümkünsüzlüyünü anlayacaq və öz nüfuzunu qorumaq üçün geri dönüş edəcək".


Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, dövlət katibi M.Rubionun bu açıqlaması Rusiya-Ukrayna müharibəsinin bir növ geopolitik qarşıdurma olduğunun, savaşın əslində Ağ Ev və Moskva arasında müharibə getdiyinin etirafıdır. Ekspertə görə, ABŞ və Rusiya arasında razılaşma atəşkəs ola bilər, amma atəşkəs problemin həlli deyil: 


"Ukrayna Prezidenti Volodimir Zelenski D.Trampa yazdığı məktubda sülhə hazır olduğunu vurğulayıb. Tramp Konqresdə çıxışında Zelenski ilə bağlı kəskin ifadələr işlətmədi. Ukrayna ilə mineral ehtiyatlarla bağlı sazişin imzalanması perspektivini vurğuladı. Trampın Rusiya ilə proksi müharibədə güzəştə getməsi ABŞ-nin Rusiyaya hərbi müstəvidə məğlub olması deməkdir. Ona görə də Tramp Ukraynaya dəstəyi kəsməklə, Rusiyanın da atəşkəsə getməsini istəyəcək. Əgər Rusiya atəşkəsə getməsə, Ukraynaya hərbi yardımlar bərpa edilə bilər. Hazırda Vaşinqton və Moskva arasında konfedensial danışıqlar gedir. Məsələ ondadır ki, Rusiyanın güzəşt əldə etmədən geri çəkilməsi mümkün görünmür. ABŞ ilə Rusiya arasında nüfuz dairəsinin formalaşması istiqamətində danışıqlar Azərbaycana da təsir edə bilər. Proksi müharibələr nüfuz və təsir dairəsinin formalaşması uğrunda gedir. Rusiya daim Cənubi Qafqaz ölkələrini təhdid edib. Ona görə Azərbaycan Türkiyə və Pakistanla hərbi müstəvidə əməkdaşlığı inkişaf etdirir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Mart 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri