Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin edəcək
Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Todd Blanş çox uzun müddətdir pozulmuş ədalət sistemini düzəldəcək”
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp şəxsi vəkili olan Todd Blanşı ölkənin baş prokurorunun müavini təyin edəcək. AYNA xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
"Mən Todd Blanşın administrasiyamda baş prokurorun müavini vəzifəsində çalışacağını elan etməkdən məmnunam", Tramp bildirib.
Amerikanın yeni lideri Blanşın peşəkar olduğunu vurğulayıb və onun vəzifəsində “əla iş görəcəyinə” əmin olduğunu deyib.
Trampın sözlərinə görə, baş prokurorun yeni müavini “çox uzun müddətdir pozulmuş ədalət sistemini düzəldəcək”.
Qeyd edək ki, Trampa qarşı məhkəmə prosesləri zamanı Blanş onun vəkili olub. 2023-cü ilin aprelində o, Trampa qarşı cinayət ittihamlarının siyasi motivli təqib olduğunu müdafiə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 15 Noyabr 2024 13:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















