Tramp Özbəkistanda nə axtarır? ABŞ nin yeni hədəfləri
Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.
ABŞ Prezidentinin Qlobal Tərəfdaşlıq üzrə Xüsusi Elçisi Paolo Zampollinin sözlərinə görə, Prezident Donald Tramp Özbəkistana səfər etmək niyyətindədir.
“Bakupost” xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi elçi bunu "Uzbekistan-24" televiziya kanalına müsahibəsində səfərlə bağlı sualı cavablandırarkən deyib.
Zampolli qeyd edib ki, o, Trampın ölkəyə səfərini "daim təbliğ edir" və ümid edir ki, bu səfər yaxın gələcəkdə baş tutacaq.
Trampın Özbəkistan səfərində məqsədi nədir?
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov “Bakupost”a bildirib ki, ABŞ və Avropanın son zamanlar Mərkəzi Asiya dövlətlərinə diqqətinin artdığı göz önündədir:
“Donald Tramp Mərkəzi Asiya dövlətlərinin liderlərilə görüşündə də bu fikirləri səsləndirib. Bütün bunlar, o cümlədən Tramın Özbəkistana səfər niyyəti də ondan xəbər verir ki, Vaşinqtonun sözügedən bölgəyə marağı artmaqdadır. ABŞ bu regiona yerləşməkdə maraqlıdır”.
Ekspertin sözlərinə görə, Tramp ABŞ-nin Yaxın Şərq və Əfqanıstandakı itkilərini Mərkəzi Asiya regionunda möhkəmlənməklə kompensasiya etməyə çalışır:
“Yaxın Şərqdəki proseslər ABŞ-nin buradakı imkanlarını müəyyən qədər sarsıdıb. Bu regionda Amerikanın vəziyyəti heç də əvvəlki kimi deyil. ABŞ həmçinin 2021-ci ildə Əfqanıstandan da çıxmaq məcburiyyətində qaldı. Tramp da bu itkiləri məhz Mərkəzi Asiya regionunda möhkəmlənməklə kompensasiya etmək istəyir”.
Müsahibimizin fikrincə, Trampın səfər niyyətində iqtisadi amillərin də rolu var:
“Mərkəzi Asiya iqtisadi resurslarla zəngin dövlətlərdən ibarətdir. Region həmçinin Rusiya, Çin, İran və Pakistanla sərhədləri olan regiondur. Bu mənada ABŞ-nin regionda maraqlı olması, orada siyasi, iqtisadi və hərbi cəhətdən yerləşmək istəyi təbiidir. Özbəkistana səfər isə bu mənada həmin ölkənin regionun aparıcı dövləti olduğunu diqqətə çatdırır. Özbəkistan həm öz resursları, həm də Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olması baxımından böyük güclərin hədəfindədir”.
Rüfət Sultan,
BakuPost
Baxış sayı:68
Bu xəbər 05 Oktyabr 2026 17:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















