Tramp Paşinyanı Vaşinqtona dəvət etdi: ABŞ prezidentindən rəsmi dəvət çatdırıldı
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
ABŞ prezidentinin xüsusi elçisinin baş müşaviri Arye Laytstoun Nikol Paşinyana Donald Trampın Vaşinqtona səfər dəvətini təqdim edib.
Sherg.az xəbər verir ki, noyabrın 23-də İrəvanda keçirilən görüşdə tərəflər Ermənistan-ABŞ münasibətlərinin inkişafını, TRIPP layihəsini və regiondakı prosesləri müzakirə ediblər.
Paşinyan Ermənistanla ABŞ arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb. O, TRIPP layihəsinin həyata keçirilməsinin bu prosesə mühüm töhfə verəcəyini bildirib.
Laytstoun isə Paşinyanı ABŞ-da keçiriləcək Milli Dua Səhər yeməyində iştirak etməyə və prezident Trampla görüşməyə dəvət edib. Onun sözlərinə görə, iki ölkə liderlərinin görüşü ikitərəfli münasibətlərə yeni təkan verə bilər.
Qeyd edək ki, Tramp daha əvvəl Paşinyanı 2027-ci ildə Ağ Evə dəvət etmişdi. TRIPP layihəsi Azərbaycanın Naxçıvanla quru əlaqəsinin yaradılmasını nəzərdə tutur. Layihənin Ermənistanın yurisdiksiyası çərçivəsində həyata keçirilməsi planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 23 Noyabr 2026 18:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















