Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

“Tramp planının əsas hədəfi “Həmassız Qəzza”dır” ŞƏRH

“Tramp planının əsas hədəfi “Həmassız Qəzza”dır” ŞƏRH

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən gün ABŞ prezidenti Donald Tramp TruthSocial sosial şəbəkəsində paylaşım edərək HƏMAS-a İsraillə razılığa gəlmək üçün “son şans” verdiyini bildirib.

O, razılaşmanın Avropa Standart Saatı ilə bazar günü gecə yarısınadək imzalanmalı olduğunu vurğulayıb. Əks halda, Tramp HƏMAS-ı “görünməmiş cəhənnəm”lə hədələyib.

Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzunu belə şərh edib:

“Trampın irəli sürdüyü bu plan Fələstinin dövlət kimi tanınması məsələsi deyil. Onun əsas məqsədi atəşkəsə nail olmaq, qaçqınların geri qaytarılması, Qəzza zolağında yenidənqurma işlərinin aparılması, iqtisadi inkişafın təmin edilməsi və regionda sabitliyin bərqərar olunmasıdır.

Lakin planın 20 maddəsində diqqətçəkən bir məqam var: Qəzzənin kimə məxsus olduğu, İordan çayının qərb sahilinin və Şərqi Qüdsün statusu barədə konkret qeyd yoxdur. Bu, təsadüfi deyil. Məsələn, Tramp bəyan edib ki, İordan çayının şərq hissəsinin ilhaqına razı deyil, eyni zamanda Tony Blair Qəzzəyə rəhbərlik iddiası ilə çıxış edir.
Beləliklə, çayın qərb sahili və Qəzza Zolağı üzərində nəzarət məsələsi ABŞ və Böyük Britaniya arasında bölüşdürülür. Qərb sahilinə Böyük Britaniya, Qəzzə zolağına isə ABŞ nəzarət edəcək.

Bu isə həmin ölkələrin regiondakı mövcudluğunun və Fələstin Milli Administrasiyasına təsir imkanlarının artdığını göstərir. Bu vəziyyət İsrailin də əvvəlki kimi Amerikadan kənar hərəkət etməsinin qarşısını ala bilər”.

Sədrəddin Soltan vurğulayıb ki, Həmasın arxasında dayanan qüvvələr təkcə İran deyil.

“Ərəb dünyasının bəzi ölkələri də bu təşkilatı dolayı yolla dəstəkləyir. Maraqlıdır ki, həmin ərəb ölkələrinin bir çoxu Tramp planı ilə razıdır. Burada məntiqli bir sual yaranır: Əgər Qəzza zolağında sənaye kompleksi yoxdur, Həmas silahları haradan əldə edir? Silah və sursatın bölgəyə gətirilməsi mümkündürsə, niyə eyni yollarla qida və humanitar yardım daşınmır? Əgər Qəzzada insanlar aclıqdan ölürsə, bu, silahın deyil, ərzağın çatdırılması ilə aradan qaldırıla bilərdi.

Bu arqumentlər onu göstərir ki, Həmasın arxasında dayanan qüvvələr artıq əvvəlki qədər aktiv deyil. Onların Tramp planını qəbul etməsi, Həmasın təcrid olunması deməkdir. İran hazırda daxili sabitlik və hakimiyyətin qorunması məsələləri ilə məşğuldur, buna görə də Qəzzədə Həması dəstəkləmək imkanları məhduddur”.

Siyasi şərhçi vurğulayıb ki, Tramp planının əsas hədəfi “Həmassız Qəzza”dır.

“Yəni tərksilah edilmiş, sabit və nəzarət altında olan bir bölgə. Plan həmçinin Qəzzanı tərk etmək istəyənlər üçün də şəraitin yaradılmasını nəzərdə tutur.

Planın əsas sponsorları — Səudiyyə Ərəbistanı, Misir və Qətər — bu təşəbbüslə razıdır. Həmasın mövqeyindən asılı olmayaraq, onun planla razılaşmaqdan başqa çıxış yolu yoxdur. Əks halda, beynəlxalq ictimaiyyət “İsrail razıdır, Həmas niyə razı deyil?” sualı ilə çıxış edəcək və bu da İsrailin beynəlxalq nüfuzunu bərpa edə bilər.

Fələstin rəhbəri Mahmud Abbas artıq bəyan edib ki, Tramp planını qəbul edir və “Həmassız Qəzza”ya razılıq verir.

Plana əsasən, bölgədə müstəqil texnokrat hökumət formalaşdırılacaq. Atəşkəs əldə olunduqdan bir il sonra isə parlament və prezident seçkiləri keçiriləcək.

Bu, Fələstin administrasiyasının və siyasi qüvvələrinin ötən il Pekində qəbul etdiyi qətnamənin davamıdır. Həmin qətnamə Qahirədə keçirilən toplantıda da təsdiqlənmiş və orada hətta İsrailin dövlət kimi tanınması məsələsi də qeyd edilmişdi.

Həmasın bölgəni tərk etməsi və tərksilah olunması artıq qaçılmaz görünür. Çünki Qərb dövlətləri və İsrail uzun illərdir Həmassız Qəzza istəyini açıq şəkildə ifadə edirlər.

Həmasın hakimiyyətə gəlməsindən 20 il keçməsinə baxmayaraq, bu müddətdə Fələstində nə parlament, nə də prezident seçkiləri keçirilib.

Fələstin daxilində vahid, mərkəzləşmiş dövlət strukturu formalaşmayıb. İsrailin arqumenti də məhz budur:
“Biz Fələstini necə tanıyaq ki, orada vahid hakimiyyət yoxdur? Bu səbəbdən Qəzza məsələsinin həlli Fələstin dövlətinin bütövlüyü ilə birbaşa bağlıdır”.

Sədrəddin Soltan onu da qeyd edib ki, plan çərçivəsində Qəzza Zolağında təhlükəsizliyin təmin edilməsi və tərksilah prosesinin həyata keçirilməsi üçün sülhməramlı qüvvələrin yerləşdirilməsi də nəzərdə tutulur.

“Bu qüvvələr əsasən etibarlı və neytral mövqedə dayanan müsəlman ölkələrindən ibarət olacaq. Belə ölkələr arasında Azərbaycan, İndoneziya və Pakistanın adı çəkilir. Bu, həm bölgədə etimadın qorunmasına, həm də İsrail–Həmas münasibətlərində balanslı mövqenin təmin edilməsinə xidmət edə bilər”-deyə siyasi şərhçi fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova 

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:226
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Oktyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see395

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see311

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see263

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see242

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see235

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see234

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see232

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see229

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see227

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see226

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see223

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see220

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see218

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see207

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see207

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see202

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see195

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see178

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see177

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri