Icma.az
close
up
RU
“Tramp planı”nın yeni detalları Donbass Rusiyaya “icarəyə verilir” və...

“Tramp planı”nın yeni detalları Donbass Rusiyaya “icarəyə verilir” və...

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-nin Ukrayna üçün təklif etdiyi sülh planında Rusiyanın Donbas üzərində faktiki nəzarət üçün Kiyevə "icarə haqqı" ödəyə biləcəyi nəzərdə tutulur.

“AzPolitika” xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti “Tramp planı” ilə tanış mənbələrə istinadla məlumat yayıb.

Qəzet bu razılaşmanı "torpaq əvəzinə pul" adlandırır. “The Telegraph”-ın mənbələrinə görə, razılaşma Ukraynanın Donbasdan de-fakto imtinasını, lakin de-yure onu öz ərazisi kimi saxlamasını nəzərdə tutur. Qəzetin mənbələri Rusiyanın ödəyəcəyi icarə haqqının məbləğini dəqiqləşdirməyib.

“The Telegraph”-ın məlumatına görə, plan xarici diplomatik təyyarələrin Ukraynaya enişini qadağan edəcək. Bununla belə, qəzet yazır ki, Ukraynaya ABŞ və Avropa ilə təhlükəsizlik zəmanətləri barədə danışıqlar aparmağa icazə veriləcək. Digər şərtlərlə yanaşı, qəzet, Ukrayna Silahlı Qüvvələrinin sayının yarıya endirilməsini və Kiyevin uzaqmənzilli raketlərə sahib olmasının qadağan edilməsini də qeyd edir.

“The Telegraph” yazır ki, bu razılaşma əldə olunacağı təqdirdə, həmçinin Ukraynada xarici qoşunların yerləşdirilməsini bloklayacaq, ABŞ-nin Kiyevə hərbi yardımını dayandıracaq və rus dilini rəsmi dil edəcək. Rus Pravoslav Kilsəsinin yerli şöbəsinə rəsmi statusun verilməsi isə yalnız Rusiyanın işğalındakı ərazilərə şamil ediləcək.

“The Telegraph”-ın məlumatına görə, Ağ Ev Kiyevin “Enerqoatom”dakı korrupsiya qalmaqalı fonunda zəifliyini nəzərə alıb və Volodimir Zelenskidən təklif olunan şərtlərlə razılaşmasını tələb edib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see434

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see217

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see180

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see171

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see171

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see165

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see162

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see159

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see148

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see139

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see138

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri