Icma.az
close
up
RU
İranda siyasi qalmaqal Bakıdan qayıdan xanım nazirin çantasında nə olub?

İranda siyasi qalmaqal Bakıdan qayıdan xanım nazirin çantasında nə olub?

Icma.az, Modern.az saytına istinadən bildirir.

İranda böyük rezonans doğuran yeni siyasi qalmaqal baş verib. Hadisənin mərkəzində nəqliyyat və şəhərsalma naziri, prezident Məsud Pezeşkianın komandasındakı yeganə qadın nazir Fərzanə Sadiqi dayanır.

Modern.az-ın məlumatına görə, nazir ötən həftə Bakıda Azərbaycan, Rusiya və İran nümayəndələrinin iştirakı ilə keçirilən “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı danışıqlarda iştirak edib.

Səfərdən sonra o, Tehrana təyyarə ilə deyil, avtomobillə dönmək qərarına gəlib. Təxminən altı saatlıq yol qət edərək Ərdəbil şəhərinə çatdıqdan sonra oradakı hava limanından paytaxta uçmaq istəsə də, təhlükəsizlik yoxlamasından keçməkdən imtina edib.

Hadisə şahidlərinin bildirdiyinə görə, nazirin hava limanı əməkdaşları ilə arasında mübahisə yaranıb. Sadəq əsəblə “bu hava limanının qapılarını da bağladacağam” deyə hədə-qorxu gəlib və sonda təyyarə ilə uçmaqdan imtina edərək Tehrana avtomobillə yola düşüb.

Növbəti gün hökumətin qərarı ilə Ərdəbil hava limanının direktoru Məhəmməd Kəsəbi vəzifədən azad edilib. Rəsmi açıqlamada bu qərarın “idarəetmə qiymətləndirməsi nəticəsində” verildiyi bildirilsə də, ictimaiyyət və deputatlar bu hadisəni nazirin davranışı ilə əlaqələndirirlər.

İran mətbuatında, xüsusən "Hashmehri Online" portalında sərt tənqidlər səslənib: “Əgər nazirdə gizli sənədlər olubsa, niyə onlar qaydalara uyğun təqdim edilməyib? Əgər şəxsi əşyalar idisə, o zaman təhlükəsizlik əməkdaşlarını təhdid etmək nədən irəli gəlirdi?”

Məqalədə vurğulanır ki, təhlükəsizlik qaydaları istisnasız bütün sərnişinlərə, o cümlədən nazirlərə şamil olunur.

İranlı politoloq Əlirza Ərdəbili Haqqin.az-a açıqlamasında bildirib ki, hadisə sıradan insident deyil: “İranın aviasiya sistemində belə hadisələrin ictimailəşməsi indiyədək görünməmiş haldır. Lakin burada əsas məsələ qadın nazirin şəxsiyyətidir. Mühafizəkar dairələr onun varlığından narahatdır.”

Ərdəbilinin fikrincə, bu insident vasitəsilə Pezeşkian hökumətindəki islahatçı qanada qarşı hücum başladılıb:

“Radikal dindar qüvvələr qadının nazir postunda olmasını qəbul edə bilmir. Hadisəni şişirdərək, onun istefasını tələb etməyə başladılar.”

Qeyd olunur ki, Fərzanə Sadiqinin Bakıya səfəri zamanı “Şimal–Cənub” dəhlizinin sürətləndirilməsi barədə razılıq əldə olunmuşdu. Bu layihə Tehranın illik 40 milyon ton tranzit yük və milyardlarla dollar gəlir gözlədiyi strateji istiqamətdir. Buna görə də, hökumət çevrələri hesab edir ki, qalmaqal uğurlu səfəri kölgəyə salmaq məqsədi daşıyır.

Nazirin çantasında nə olduğu hələ də bəlli deyil. Bəzi versiyalara görə, orada mühüm sənədlər, bəzilərinə görə isə şəxsi əşyalar olub. Lakin ekspertlər qeyd edir ki, məsələ artıq təkcə “çanta qalmaqalı” deyil, İranda qadınların və islahatçıların hökumətdəki rolu uğrunda mübarizənin yeni mərhələsidir.

Fərzanə Sadəqin istefa ehtimalı isə az qiymətləndirilir: çünki onun təyinatı Ali Rəhbər Əli Xameneinin fərmanı ilə təsdiqlənib və bu qərarın açıq şəkildə şübhə altına alınması Tehran siyasətində “qırmızı xətt” sayılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 Oktyabr 2025 00:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see272

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see254

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see240

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see192

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see177

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri