Aİ Rusiya aktivlərinin Ukraynaya yardım üçün istifadəsinə dair qərarını dekabra qədər təxirə salıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Avropa İttifaqı Rusiya Mərkəzi Bankının dondurulmuş 140 milyard avroluq aktivlərinin Ukraynaya yardım üçün istifadəsinə dair qərarını dekabr ayına qədər təxirə salıb.
APA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Bu qərarın Rusiyanın dondurulmuş aktivlərinin əksəriyyətinin saxlanıldığı Belçikanın, kreditlərlə bağlı risklərə görə məsuliyyət daşımayacağına dair zəmanət tələb etməsindən sonra qəbul edildiyi bildirilir.
Agentliyin mənbələrdən əldə etdiyi məlumata görə ittifaq liderləri Avropa Komissiyasından növbəti sammitdə nəzərdən keçirəcəkləri həll yolları üçün təkliflər hazırlamağı xahiş edib.
Mənbələrin bildirdiyinə görə, məqsəd ilin sonuna qədər yekun razılığa gəlməkdir.
Qeyd edək ki, Belçika, Rusiya aktivlərindən böyük məbləğlərin saxlandığı Belçikanın “Euroclear” maliyyə institutunda yerləşməsi səbəbindən, hüquqi risklərin Aİ ölkələri arasında tam bölüşdürülməsini tələb edir.
Belçika hökuməti bundan başqa vəsaitlərin geri qaytarılması zərurəti yarandığı halda bunun üçün zəmanətlərin verilməsində israr edir.
Bundan əlavə, Belçika istəyir ki, Rusiya aktivlərinin yerləşdiyi digər ölkələr də oxşar addımlar atsın.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 24 Oktyabr 2025 00:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















