Icma.az
close
up
RU
Tramp Putin görüşü Ukraynanın Vaşinqtonla Moskva arasında bölüşdürülməsidir Siyası şərhçi

Tramp Putin görüşü Ukraynanın Vaşinqtonla Moskva arasında bölüşdürülməsidir Siyası şərhçi

Icma.az bildirir, Olke.az portalına istinadən.

“ABŞ prezidenti Trampla Rusiya prezidenti Putinin Alyaskadakı görüşü Ukrayna, Avropa Birliyi və Böyük Britaniyanın iştirakı olmadan keçiriləcək. Buna görə də onların narahatlıqlarını başa düşmək olar. Görüşdə təkcə Ukrayna ilə bağlı məsələ deyil, digər məsələlərdə olacaq. 
Bu vaxta qədər hər iki prezident telefonla bir neçə dəfə əlaqə saxlayıblar. Putin hər telefon danışığından sonra daha da aqressivləşərək Ukraynaya yeni hücumlar təşkil edərək daha çox ərazi işğal etməyə çalışıb. Həm də xatırlatmaq lazımdır ki, Putin Trampın birbaşa görüş təklifindən inadla imtina edirdi, lakin ABŞ-ın təzyiqlərindən sonra təklifi qəbul etməyə məcbur oldu. Bunu Ukraynaya təcavüzün yeni mərhələsi ərəfəsində məcburi manevr siyasəti kimi də dəyərləndirmək olar”.

Ölkə.az xəbər verir ki, bunu siyası şərhçi Qulamhüseyn Əlibəyli deyib.

Onun sözlərinə görə, görüşdə ilk növbədə Rusiya Ukrayna müharibəsində atəşkəs barədə razılıq əldə edilməsi güman olunur. “Bu barədə Rusiyanın mövqeyi Ukraynanın maraqları ilə tam ziddiyyət təşkil edir. Ukrayna ilkin şərt olmadan uzunmüddətli atəşkəsə tərəfdardır. Rusiya isə Ukraynanın şərqində ərazilərini işğal etdiyi vilayətlərin öz ərazisi kimi tanınmasını və həmin ərazilərdən Ukrayna qoşunlarının çıxarılmasını atəşkəsin ilkin şərti kimi irəli sürür. ABŞ prezidenti Tramp həm Ukraynanın, həm də Rusiyanın müəyyən ərazilərdən imtina etməsini Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün vacib hesab edir. Bu zaman Ukraynanın Rusiya tərəfindən işğal olunmuş Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərindən imtina etməsi, Rusiyanın isə Ukraynanın digər vilayətlərində işğal etdiyi kiçik ərazilərdən imtina etməsi nəzərdə tutulur”, - o qeyd edib.

O əlavə edib ki, Tramp işğala məruz qalmış Ukraynanın iştirakı olmadan Ukraynanın əraziləri itkiləri hesabına işğalçı dövlətlə razılığa gəlmək istəyir: “Biz bu görüşü Trampın Ukrayna ilə onun bütün ərazisində təbii sərvətlərin istismarı haqqında müqavilə bağlayaraq özünün və ABŞ-ın iqtisadi, kommersiya maraqlarını təmin etdiyini nəzərə alsaq, Kiyevin iştirakı olmadan onun ərazilərinin Vaşinqtonla Moskva arasında bölüşdürülməsi kimi də dəyərləndirə bilərik. Avropa İttifaqının və Böyük Britaniyanın görüşdə iştiraka dəvət olunmaması Rusiya-Ukrayna müharibəsinə dair onlar arasında ciddi fikir ayrılığının olmasını göstərir. Bunu həm də Avropanın ABŞ-ın təsir dairəsində saxlanması kimi də yozmaq olar. Görünür bunun qarşılığı kimi Rusiya bütövlükdə postsovet məkanını bəzi istisnalarla onun təsir dairəsində saxlanmasını tələb edəcək. Yəni faktiki olaraq Potsdam konfransından sonra formalaşmış dünya nizamının dəyişdirilməsi, dünyanın ABŞ və Rusiya arasında yenidən bölüşdürülməsi baş verir.
Təbii ki, belə vəziyyət nə Ukraynanı, nə Avropanı, nə də postsovet dövlətlərini qane edə bilməz. İlk növbədə Ukraynanın Putinin və Trampın şərtləri ilə atəşkəsə razılaşması inandırıcı deyil. Bu isə müharibənin davan etməsi deməkdir. Kollektiv Avropa da bu halda Ukraynanı müdafiə edəcək və ona yardım göstərəcək. Ona görə də, Alyaska görüşündə ciddi irəliləyişlərin əldə olunacağı şübhə altındadır”.

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Avqust 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see261

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see240

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see226

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see215

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see183

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see168

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see163

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see156

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see153

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see152

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see147

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see145

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see144

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see142

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see140

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see140

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see139

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see136

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri