Putin Zelenski ilə görüşə razılıq verməyib Moskva Vaşinqtonla razılığa gəlib, amma...
Icma.az bildirir, Azpolitika.az portalına istinadən.
Rusiya Prezidentinin xarici siyasət üzrə köməkçisi Yuri Uşakov bildirib ki, Moskva və Vaşinqton yaxın günlərdə Rusiya və ABŞ prezidentlərinin görüşünü keçirmək barədə razılığa gəliblər.
Onun sözlərinə görə, sammitin keçiriləcəyi yer artıq müəyyənləşib və hazırda texniki hazırlıq işləri gedir. Uşakov qeyd edib ki, görüş ABŞ tərəfinin təşəbbüsü ilə təşkil olunur. Lakin amerikalı rəsmilər və yerli media bunun əksini – təşəbbüsün Kremldən gəldiyini bildirirlər.
Qeyd edək ki, bu məlumat Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında avqustun 6-da Moskvada keçirilmiş görüşdən sonra yayılıb. ABŞ mediası bu görüşü “tərəqqi deyil, amma irəliləyiş ehtimalı var” kimi dəyərləndirib.
ABŞ Dövlət katibi Marko Rubio isə “Fox News” kanalına açıqlamasında bildirib ki, sammitdən öncə Moskva və Vaşinqtonun mövqeləri demək olar ki, tam razılaşdırılmalıdır.
Uşakov, həmçinin qeyd edib ki, Putinlə ABŞ və Ukrayna prezidentlərinin üçtərəfli formatda görüşü gündəmdə deyil. Onun sözlərinə görə, bu variant ABŞ tərəfindən təklif edilsə də, Rusiya bu ideyaya heç bir münasibət bildirməyib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 07 Avqust 2025 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















