Icma.az
close
up
RU
Tramp Putin görüşündə təhlükəli nüans var

Tramp Putin görüşündə təhlükəli nüans var

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ və Rusiya liderləri Donald Tramp və Vladimir Putin Ukraynadakı müharibə ilə bağlı sülh razılaşması əldə etmək üçün gələn həftə görüşə bilərlər, lakin onların məsələyə yanaşmaları olduqca problemlidir və atəşkəs mümkünsüz görünür.
Reyting.az
xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşr qeyd edir ki, Tramp Putini müharibəni dayandırmağa çağırsa da, razılaşmanın təfərrüatları ilə az maraqlanıb. Kreml lideri öz şərtləri istisna olmaqla, döyüşlərin dayandırılması ilə bağlı bütün çağırışları rədd edib.
Eyni zamanda, əgər Tramp və Putin arasında görüş baş tutsa, bu, Trampın səlahiyyət müddətinin ən ciddi sınağı ola bilər.
Xüsusilə, analitiklər Putinin razılığa gəlməkdə ciddi olmaya biləcəyi ilə bağlı əlavə narahatlıqlarını ifadə edirlər.
Vaşinqtondakı Avropa Siyasətinin Təhlili Mərkəzinin prezidenti və baş direktoru Alina Polyakova deyib:
“Putin açıq şəkildə bildirdi ki, Ukraynadakı müharibə onun üçün ABŞ-la münasibətdən daha vacibdir”.
Nəşr yazır ki, Tramp, həmçinin müxtəlif ABŞ prezidentləri ilə işləməkdə dörddə bir əsrlik təcrübəyə malik olan və onlara təsir etmək qabiliyyətini sübuta yetirən Putinlə danışıqlarda çətin anlar yaşayacaq.
Eyni zamanda, ABŞ və Avropada Putinin sülhə nail olmaqdansa, Trampı dayandırmağa davam etmək üçün görüşün keçirilməsinə çalışdığına dair narahatlıqlar da var.
Yüksək səviyyəli avropalı diplomat və ukraynalı rəsminin fikrincə, Putin Ukraynanın digər bölgələrindən qoşunlarını çıxarması müqabilində Rusiyanın işğal etdiyi ərazilərin bir hissəsini rəsmi şəkildə nəzarətə götürməsinə icazə verməyi təklif edə bilər. Razılaşmaya can atan Trampın Ukrayna və müttəfiqlərini təklifi qəbul etməyə çağırması mümkündür.
Qeyd olunur ki, Kiyev və digər Avropa hökumətləri çox güman, planı rədd edəcəklər. Üstəlik, sülh nizamlanmasının təfərrüatlarına nadir hallarda əhəmiyyət verən Tramp Ukraynanı döyüşləri davam etdirməkdə suçlaya bilər.
E. KAMAL
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://reyting.az
archiveBu xəbər 08 Avqust 2025 09:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri