Icma.az
close
up
RU
“Tramp Putinə gah “ağıllı, gah da “dəli” deyir” “Onun vəziyyəti dəyişmək şansı var, amma”

“Tramp Putinə gah “ağıllı, gah da “dəli” deyir” “Onun vəziyyəti dəyişmək şansı var, amma”

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Rusiyaya xəbərdarlıq edib ki, Ukrayna ərazisinə hücumları davam etdirməklə “odla oynayır”.

“AzPolitika” xəbər verir ki, bunu xatırladan “The Telegraph”-ın yazdığına görə, bu sözlər o vaxt hansısa məna kəsb edəcək ki, Ağ Ev Kremlə qarşı daha sərt addımlar atacaq.

Nəşr yazır ki, Trampın münaqişənin nizamlanması ilə bağlı əsas problemlərindən biri onun Vladimir Putinə münasibətinin qeyri-sabitliyidir: “O, müxtəlif vaxtlarda Rusiya prezidentini “ağıllı” və “tamamilə dəli” adlandıraraq, müharibəni diplomatik yolla bitirmək cəhdinə inamı azaldıb. Onun “Ağ Evə qayıtdıqdan sonra 24 saat ərzində müharibəni dayandıracağı” barədə yüksək səsli bəyanatlarına baxmayaraq, Tramp və komandasının faktiki hərəkətləri çox vaxt Ukraynanı ağrılı ərazi güzəştlərinə məcbur etmək cəhdi kimi görünür. Məhz bu siyasət NATO müttəfiqləri və Kiyevin özü tərəfindən kəskin tənqid olunur. Amma deyəsən, hətta Tramp da oyanıb və anlayır ki, Putin sülhə can atmır. O, Rusiya lideri ilə son telefon danışığından sonra “müəyyən irəliləyiş olduğunu” elan etdi, lakin administrasiyanın analitikləri əks nəticəyə gəliblər: Moskva cəbhə xəttində üstünlük əldə etmək üçün zaman udur. Bunu son hadisələr də təsdiqləyir. Rusiya tammiqyaslı işğalın əvvəlindən Ukraynada ən böyük hava zərbələrindən birini həyata keçirib və Sumı vilayətində bufer zonası yaratmağa çalışır”.

Qəzet bununla bağlı Prezident Zelenskinin xəbərdarlıq etdiyini xatırladır.

Nəşr yazır ki, Rusiyanın təzyiqləri ABŞ-nin açıq-aşkar qətiyyətsizliyi fonunda baş verir: “Tramp etiraf edir ki, Putin onu aldadıb və yalnız Moskvaya artan təzyiqlər, məsələn, Rusiya neftinin alınmasına görə Hindistan və ya Çinə qarşı ikinci dərəcəli sanksiyalar, eləcə də Ukraynaya hərbi yardım vəziyyəti dəyişə bilər. Vaşinqton Kiyevi uzaqmənzilli raketlər və müasir hava hücumundan müdafiə vasitələri ilə təmin etmək imkanlarını müzakirə edir ki, bu da onun müdafiəsini gücləndirməklə yanaşı, Kremlə aydın siqnal göndərəcək: “qələbə” olmayacaq. Putin Trampın zəif cəhətlərindən istifadə edə bilsə də, ABŞ-nin hazırkı prezidentinin vəziyyəti dəyişmək şansı hələ də var. Ancaq bu, yalnız onun dərhal və qətiyyətlə hərəkət edəcəyi təqdirdə mümkündür”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 May 2025 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri