Icma.az
close
up
RU
Tramp Putinə görə həbs oluna bilər: Kreml təklifi rədd etdi, etiraz başladı

Tramp Putinə görə həbs oluna bilər: Kreml təklifi rədd etdi, etiraz başladı

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Rusiya və Ukrayna arasında müharibə başladığı gündən bu yana baş tutan ilk danışıqlara baxmayaraq, qarşılıqlı hücumlar davam etdirilir. Son günlərdə Ukraynanın Rusiyaya intensiv hava zərbələri nəticəsində ölkənin bir çox hava limanları fövqəladə rejimdə fəaliyyətlərini davam etdirirlər. Xüsusilə Moskvaya PUA hücumları bir çox reysin gecikməsinə və sərnişinlərin saatlarla hava limanında qalmasına səbəb olub.

Paralel olaraq Rusiya da Ukrayna cəbhəsində döyüşləri aktivləşdirir və nəzarətə alınan əraziləri genişləndirməyə çalışır. Həmçinin Kiyevə hava hücumlarını daha da artırır. Bütün bunlara rəğmən iki ölkə arasında hətta gizli danışıqların aparıldığına dair iddialar yayılıb. Lakin yenə də gərginliyin azalmadığı müşahidə olunur.

Rusiya-Ukrayna savaşında son vəziyyət nədir? Yaxın zamanda ilkin razılaşmanın əldə olunması mümkündürmü?

Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiyanın Kiyevə kütləvi PUA və raket hücumları Prezident Vladimir Putinin atəşkəsdə maraqlı olmadığını göstərir:

“Bu vəziyyət İstanbul danışıqlarından sonra müzakirələrin ikinci raundu ilə bağlı söhbətlər fonunda Kremlin atəşkəsə yalnız öz şərtləri ilə razılaşacağı mesajını verir. Rusiyanın hücumu Putinin ABŞ Prezidenti Donald Trampın 30 günlük atəşkəs təklifini rədd etməsinin göstəricisidir.

Tramp Kiyevə edilən kütləvi raket hücumlarına münasibət bildirərkən Rusiya prezidentini “dəli” adlandırıb. Artıq ABŞ lideri Putinin atəşkəsdə deyil, müharibəni davam etdirməkdə maraqlı olduğunu başa düşüb. Keçmiş Ağ Ev lideri Co Baydenin tapşırığı ilə Ukraynaya göndərilən silahlar bir müddət sonra tükənəcək. Rusiyanın bu hücumu Trampın Kiyevə yardımı davam etdirməsinə əlavə stimul ola bilər”.


Məhəmməd Əsədullazadə

Politoloq bildirib ki, ABŞ Konqresində Donald Trampın partiyası olan Respublikaçıların Moskvaya qarşı sərt mövqe tutması müşahidə olunur:

“Bir tərəfdən Konqresin, digər yandan Rusiyanın artan təzyiqləri fonunda Trampın Ukraynaya hərbi yardımları intensivləşdirməsi ehtimalı yüksəlir. Əgər Vaşinqton bu prosesdən uzaqlaşarsa, Çin qarşısında strateji məğlubiyyətlə üzləşəcək. Buna görə də Konqres, Pentaqon və ABŞ Dövlət Departamenti Donald Trampa Kiyevə hərbi yardımları artırmaq üçün təzyiq göstərə bilər. Ağ Ev lideri Rusiyaya qarşı sərt siyasətdən imtina edərsə, onun daxili təzyiqlərlə üzləşməsi, hakimiyyətdən devrilməsi və həbs olunması mümkündür”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 May 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see308

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see303

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see302

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see302

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see298

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see290

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see290

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see284

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see279

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see267

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see257

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see253

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see244

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see243

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see239

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see239

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see226

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see216

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see200

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri