Icma.az
close
up
RU
Tramp: “Putinə Si Cinpin təsir edə bilər”

Tramp: “Putinə Si Cinpin təsir edə bilər”

Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.

AzVision.az Ukraynanın “UNİAN” nəşrinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp belə deyib.
“Mən onunla, istər neft, istər enerji, istərsə də başqa bir məsələ ilə bağlı olsun, Rusiya-Ukrayna müharibəsini necə bitirə biləcəyimiz barədə danışacağam. Düşünürəm ki, o, buna çox anlayışla yanaşacaq”, - CNN telekanalı Amerika liderindən sitat gətirir.
Eyni zamanda, Tramp bəyan edib ki, onun fikrincə, Çinin sədri Si Cinpin bu məsələdə Rusiya lideri Vladimir Putinə təsir göstərə bilər.
- Düşünürəm ki, o, Putinə böyük təsir göstərə bilər. Məncə, Si Cinpin bir çox insana böyük təsir göstərə bilər. Baxın, hörmətli insandır. O, çox böyük bir ölkənin çox güclü lideridir. Bəli. Düşünürəm ki, o, böyük təsirə malik ola bilər və biz mütləq Rusiya və Ukraynadan danışacağıq”, - Ağ Evin rəhbəri vurğulayıb.
Tramp-Putin görüşü ləğv olundu Donald Tramp, həmçinin nadir torpaq metalları və “bəlkə də nüvə proqramı ilə bağlı” məsələ də daxil olmaqla, Çinlə mühüm sazişlər bağlayacağını gözlədiyini söyləyib.
Daha əvvəl ABŞ və Çin liderlərinin oktyabrın 31-də və noyabrın 1-də keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammiti zamanı görüşə biləcəyi barədə məlumat verilmişdi.
Maraqlıdır ki, Çin sədri Si Cinpinin Rusiya prezidentinə təsir göstərə biləcəyini düşünən Amerika lideri bundan əvvəl rusiyalı həmkarı Vladimir Putinlə Budapeştdə keçirilməsi planlaşdırılan görüşünü ləğv etdiyini bildirib.
ABŞ-nin Maliyyə nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) isə Rusiyaya qarşı əlavə sanksiyaların tətbiq olunduğunu açıqlayıb.
Sahil İsgəndərov
AzVision.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://azvision.az
archiveBu xəbər 23 Oktyabr 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see350

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see335

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see324

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see312

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see279

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see278

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see273

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see269

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see261

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see258

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see243

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see234

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see231

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see229

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see213

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see212

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see207

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see207

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see196

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri