Icma.az
close
up
RU
Tramp Putini ən zəif yerindən vurur: ABŞ Rusiyanın son xilas pəncərəsi ni də qapadır

Tramp Putini ən zəif yerindən vurur: ABŞ Rusiyanın son xilas pəncərəsi ni də qapadır

Icma.az bildirir, Olke.az portalına istinadən.

Ağ Ev G7 ölkələrindən yeni sanksiya paketi ilə yalnız Avropa bazarlarını deyil, bütün qlobal enerji axınlarını, xüsusilə də, Rusiya üçün taleyüklü xarakter daşıyan Çin və Hindistan "nəfəsliyi"ni də bağlamağı tələb edir... Nəticə etibarilə, ABŞ və digər dünya nəhəngləri arasında anlaşma baş tutarsa, artıq sadəcə, Kreml deyil, Rusiyanın əsas ticarət tərəfdaşları da birbaşa hədəfə çevrilmiş olacaq...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı yeni qlobal oyun qaydaları qurur. Bu prosesdə Tramp faktorunun qlobal məkanda təsir dairəsi, Rusiyaya münasibətdə enerji asılılığına və Çin-Hindistan dilemmasına yönəlik yeni yanaşma tərzi xüsusi rol oynamağa başlayıb. Və bu baxımdan, Kremlin son vaxtlar bütün "qırmızı cizgiləri" aşan aqressiv davranışlarının artıq sərt bumeranq effekti vermə ehtimalı artmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, hazırda Tramp-Zelenski görüşünə yönəlik intensiv hazırlıq Rusiyaya qarşı son xəbərdarlıq siqnalı xarakteri daşıyan addım sayılır. Belə ki, gələn həftə Nyu-Yorkda Ağ Ev sahibi Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında görüşün keçirilmə ehtimalı ABŞ-ın yeni siyasi kursunu açıq şəkildə nümayiş etdirir.

ABŞ-ın dövlət katibi Marko Rubionun açıqlamasından belə anlaşılır ki, həmin görüş yalnız Ukrayna ilə bağlı deyil, həm də Ağ Evin Avropa Birliyinə münasibətdə diktə etdiyi yeni siyasətin rəsmi simvolu olacaq. Və belə görünür ki, Tramp administrasiyası Ukraynaya dəstəyin davamını Rusiya əleyhinə daha sərt addımlar ilə gücləndirmək niyyətindədir.

Ancaq hazırda Avropa Birliyi daxilində Rusiyaya qarşı ortaq qərarların qəbulunda sanksiya böhranının yaşandığı da müşahidə olunur. Üstəlik, bu böhranın birmənalı şəkildə bəzi Avropa ölkələrinin hələ də Rusiyadan enerji asılılığı dilemmasını aşa bilməməsindən qaynaqlanır. Belə ki, Avropa Birliyinin Rusiyaya qarşı nəzərdə tutulan 19-cu sanksiyalar paketinin təsdiq olunması qeyri-müəyyən vaxta qədər təxirə salınıb. Bunun səbəbləri Avropa Birliyindəki daxili ziddiyyətlər ilə izah olunur. Və əsas problem kimi Slovakiya-Macarıstanın cütlüyünün hələ də Rusiya neftindən ciddi şəkildə asılı olması göstərilir.

Halbuki, Xorvatiya baş naziri Andrej Plenkoviç bildirib ki, rəsmi Zaqreb bu ölkələrə Adriatik neft kəməri vasitəsilə qeyri-rus mənşəli neft məhsulları tədarük etməyə hazırdır. Bu baxımdan, Avropa Birliyi daxilində enerji həmrəyliyinin sınaqdan keçirildiyi mərhələnin başlandığı nəzərə çarpır. Çünki bir tərəfdən Rusiya neftinə bağlılıq mövcuddur, digər tərəfdən isə Avropa Birliyinin vahid mövqeyə gəlməsi üçün alternativ təkliflər irəli sürülür.

Bütün bunlara paralel olaraq isə Avropa Birliyi Rusiyaya qarşı texnologiya savaşının yeni mərhələsinə start vermək niyyətində olduğunu da artıq birmənalı şəkildə qabartmağa başlayıb. Belə ki, son məlumatlara görə, Avropa Komissiyası Vassenaar razılaşmalarını kənara qoyaraq, ikili təyinatlı avadanlıqların ixracına daha sərt nəzarəti öz üzərinə götürdüyü bəyan edib. Və bu addım Rusiyanın ən müasir texnologiyalardan təcrid olunmasını hədəfləyir.

Digər tərəfdən, Avropa Komissiyasının bu qərarı həm beynəlxalq hüquq normalarının qüvvədən düşməkdə olduğunu, həm də Qərb siyasi dairələrinin “təhlükəsizlik texnologiyalarını milliləşdirmə” siyasətinə keçdiyini göstərir. Belə ki, indi faktiki olaraq, Avropa Birliyi artıq beynəlxalq konsensusdan deyil, məhz birbaşa öz geopolitik prioritetlərindən çıxış etmiş olur. Və bu, istənilən halda, Rusiyanın müasir texnologiyalardan məhrum buraxılaraq, keçmişə qaytarılması ilə də nəticələnə bilər.

Maraqlıdır ki, Ağ Ev Rusiya əleyhinə ortaq təcrid planını ABŞ-ın geopolitik hədəfləri çərçivəsində reallaşdırmağa çalışır. Belə ki, hazırda ABŞ G7 ölkələrinə ciddi şəkildə təzyiq göstərməyə başlayıb. Əsas məqsəd isə həmin ölkələr tərəfindən Rusiya ilə iqtisadi-ticari münasibətiləri intensiv xarakter daşıyan Çin və Hindistana qarşı da sanksiyaların tətbiq olunmasına nail olmaqdır. Və bu, Rusiyanın təcrid olunması ilə yanaşı, Çinlə qlobal rəqabət şəraitində ABŞ-ın strateji maraqlarına da tamamilə cavab verir.

Onu da qeyd etmək lazımdır ki, Ağ Ev bu tələblərini G7 üzrə tərəfdaşlarına Rusiyaya qarşı daha sərt addımların atılmasının vacibliyi ilə izah edir. Belə ki, ABŞ-ın əsas şərti – Çinin və Hindistanın Rusiyadan aldığı neftə 100 faizlik gömrük rüsumu tətbiq etməkdir. Ağ Evin ABŞ-ın Çinlə qlobal məkanda rəqabətinə paralellik təşkil edən əsas məqsədi Rusiyanı maliyyə-iqtisadi baxımdan ciddi şəkildə zəiflədib, Alyaska anlaşmalarını pozan prezident Vladimir Putini Ukrayna ilə danışıqlar masasına oturmaq məcburiyyətində buraxmaqdır.

Ancaq bəzi ehtimallara görə, Ağ Evin bu yanaşma tərzi Qərb-Rusiya toqquşmasını daha geniş areala yayaraq, Qərb-BRICS qarşıdurması formatına da daşıya bilər. Çünki Çinin belə addımları məhz Qərblə "iqtisadi müharibə"nin genişlənməsi kimi qəbul edəcəyi, Hindistanın isə “strateji muxtariyyət” siyasətinə uyğun olaraq, müqavimət göstərəcəyi qətiyyən istisna deyil. Və buna baxmayaraq, Rusiyanın qlobal məkanda maliyyə-iqtisadi manevr sahəsinin ciddi şəkildə darala biləcəyi qətiyyən şübhə doğurmur.

Ona görə də, hazırkı cərəyan edən proseslər göstərir ki, ABŞ Avropa nəhənglərini Rusiyaya qarşı daha sərt və radikal kursa yönəltməyə nail olmaq üzrədir. Avropa Birliyi daxilində Rusiyadan enerji asılılıqları səbəbindən müəyyən ziddiyyətlər qalsa da, alternativ təchizat yolları tapıldıqca, Kremlin dünya bazarlarına çıxış imkanları da tədricən məhdudlaşır. Çünki G7 ölkələrinin yeni sanksiya paketi əvvəlkilərdən fərqli olaraq, artıq yalnız Avropa bazarlarını deyil, qlobal enerji axınlarını, xüsusilə də, Rusiya üçün taleyüklü xarakter daşıyan Çin və Hindistan "pəncərə"sini də hədəfə alacaq.

Göründüyü kimi, ABŞ G7 ölkələrinə yönəlik sərt tələbləri ilə Rusiyanın sanksiyalardan yayınmaq üçün istifadə etdiyi əvvəlki “şərqə yönəlmə” strategiyasını da böyük risk altına sala bilər. Nəticə etibarilə, ABŞ və Avropa Birliyi arasında anlaşma baş tutarsa, artıq sadəcə, Kreml deyil, Rusiyanın əsas ticarət tərəfdaşları da birbaşa hədəfə çevrilmiş olacaq. Və bu isə əslində, Ukrayna savaşı ətrafında yaranmış situasiyanın Rusiya əleyhinə yönəldilməsi üçün yeni geopolitik mərhələnin artıq başladıldığını göstərir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Sentyabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see517

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see239

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see231

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see217

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see216

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see214

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see214

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see203

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see201

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see195

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see193

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see189

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see186

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see164

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see161

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see160

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see159

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see155

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri