Icma.az
close
up
RU
Tramp Putinlə görüş qapısı nı tamamilə qapadır: ABŞ indi artıq Rusiyanın məğlub olmasını istəyir

Tramp Putinlə görüş qapısı nı tamamilə qapadır: ABŞ indi artıq Rusiyanın məğlub olmasını istəyir

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ və Rusiya indi müharibə ilə diplomatiya arasında yeni balans axtarışına məcbur qalıblar... Belə anlaşılır ki, nə Ağ Ev, nə də Kreml yaxın vaxtlarda Ukrayna böhranının tam həllinə hələ hazır deyil...

Ukrayna savaşı ətrafında maksimum səviyyədə gərginləşən qarşıdurma ABŞ-Rusiya münasibətlərində yeni mərhələyə keçdi qaçılmaz edib. Ancaq ABŞ-Rusiya qarşıdurmasına nəzarəti tam itirmək istəməyən Tramp administrasiyası “təzyiq və dialoq balansı”na bağlı siyasətə üstünlük verir. Və bu baxımdan, Ağ Evin yeni sanksiya strategiyasına Kremlin şərtli atəşkəs mesajları ilə reaksiya verməsi böyük maraq doğurur.

Məsələ ondadır ki, “Reuters” agentliyinin məlumatına görə, Tramp administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Bəzi iddialara görə, bu dəfə Ağ Evin tətbiq edəcəyi məhdudiyyətlər əsasən Rusiyanın bank sektoruna və neft tədarükündə istifadə olunan infrastruktur obyektlərinə birbaşa təsir göstərəcək. Və bu addım Ağ Evin Kreml üzərində təzyiq mexanizmini bir pillə daha yüksəltmək niyyətindən xəbər verir.

Eyni zamanda, ABŞ və Avropa Birliyi Rusiyanın dondurulmuş aktivlərinin Ukrayna üçün silah alınmasına yönəldilməsi məsələsini artıq daha ciddi şəkildə müzakirə etməyə başlayıb. Bu plan reallaşarsa, faktiki olaraq, Rusiya maliyyə vəsaitləri Ukrayna savaşında istifadə olunacaq silahların maliyyələşdirilməsinə xidmət etmiş olacaq. Bu isə həm iqtisadi, həm də siyasi mənada, Rusiya üçün ikili və sarsıdıcı zərbə deməkdir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Avropa Birliyinin yeni sanksiyalar paketi əvvəlki mərhələlərdən fərqli olaraq, yalnız Rusiyanın maliyyə sistemini deyil, həm də birbaşa enerji infrastrukturunu hədəf alır. Burada əsas məqsəd isə Kreml üçün həyati əhəmiyyət daşıyan enerji gəlirlərini daraltmaqdır. Bu baxımdan, yeni sanksiyalar bir neçə önəmli məqsədə - Rusiyanın enerji ixrac imkanlarını məhdudlaşdırmağa, qlobal enerji bazarında ABŞ-ın təsir payını artırmağa, eləcə də, Çin və Hindistan kimi Rusiya neftinin əsas alıcılarını sıxışdırıb, bundan imtinaya məcbur etməyə hədəflənib.

Beləliklə, ABŞ məhz “enerji diplomatiyası” vasitəsilə Rusiyanın maliyyə və geopolitik təsir dairəsini mümkün olduqca daraltmağa çalışır. Ancaq “Reuters”in məlumatına görə, Tramp administrasiyası “Rosneft” və “Lukoil” şirkətlərinə qarşı tətbiq edilən sanksiyalardan sonra bir neçə həftəlik fasilə götürmək qərarına da gəlib. Bu isə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların əsas məqsədinin yalnız cəza deyil, həm də nəticə yönümlü siyasi-iqtisadi təzyiq aləti olduğunu göstərir. Yəni, Ağ Ev indi daha çox Kremlin reaksiyasını müşahidə edir. Və böyük ehtimalla müşahidələrin yekun nəticələrinə əsasən, Rusiyaya qarşı atacağı yeni addımların istiqamətini müəyyənləşdirəcək.

Maraqlıdır ki, Ağ Evin son sanksiyalarının ardınca, Rusiya prezidenti Vladimir Putinin müşaviri Kirill Dmitriyev dərhal ABŞ-a səfər edib. O, Ağ Evdə Rusiyanı atəşkəsə razı sala biləcək şərtləri təqdim edib. Rusiya rəsmisi bildirib ki, Kreml üç əsas məsələni - Ukraynaya təhlükəsizlik zəmanətlərini, rusdilli əhalinin yaşadığı ərazilərin hüquqi statusunu və Ukraynanın neytrallıq statusunun beynəlxalq hüquqi çərçivədə tanınmasını müzakirə etməyə hazırdır.

Əslində, Kreml təmsilçisinin təqdim etdiyi bu şərtlər Rusiyanın yalnız “minimum strateji tələblər”idir. Başqa sözlə, Kreml müharibəni dayandırmaqdan daha çox, hazırkı hərbi nəticələri siyasi reallıq kimi tanıtmağa çalışır. Kiril Dmitriyevin vurğuladığı məqamlar Rusiyanın hazırda əsas məqsədinin sülh sazişi imzalamaq deyil, məhz Ukrayna savaşı üçün “dondurulmuş münaqişə” statusunu qlobal məkanda legitimləşdirmək olduğunu göstərir.

Ancaq ABŞ prezidenti Donald Tramp isə bildirib ki, Rusiya lideri Vladimir Putinlə görüş yalnız Ukraynada sülh sazişinə dair razılıq əldə edilərsə, mümkün olacaq. Ağ Ev sahibinin Rusiyaya "təslim ol" mesajı kimi görünən bu bəyanatı böyük ehtimalla həm daxili auditoriyaya, həm də beynəlxalq tərəfdaşlara yönəlmiş açıq siyasi mesaj xarakteri daşıyır. Prezident Donald Tramp daxili siyasət üçün özünü “sanksiyalarla təzyiq göstərən, ancaq sülh üçün dialoqdan qaçmayan” siyasi lider kimi təqdim edir.

Xarici siyasət baxımından isə Ağ Ev sahibinin bu mövqeyi ABŞ-ın “sərt, ancaq hesablama ilə qurulmuş diplomatiya” strategiyasının davamı kimi görünür. Ağ Ev sahibi bir tərəfdən Kremli iqtisadi blokada ilə qlobal məkandan təcrid etməyə çalışır. Digər tərəfdən isə Ukrayna savaşının sülh masasında yekunlaşması üçün "siyasi-diplomatik qapı"nı açıq saxlamağa üstünlük verir. Və bu nizamlama modeli, yəni, “təzyiq və dialoq balansı”na bağlı strategiya Tramp administrasiyasının hazırda Ukrayna savaşına münasibətdə xarakterik yanaşma tərzidir.

Göründüyü kimi, hazırda ABŞ-ın Ukrayna savaşına yönəlik siyasəti əsasən iki paralel xətt üzrə formalaşır. Ağ Ev bir tərəfdən, sanksiyalarla və enerji blokadası ilə      Rusiya iqtisadiyyatını qlobal bağlantılardan tamamilə məhrum etmək, enerji gəlirlərini məhdudlaşmaq, Kremlin hərbi və maliyyə resurslarını zəiflətmək məqsədi güdür. Digər tərəfdən isə Tramp administrasiyası siyasi-diplomatik şərtlər və sülh təşəbbüslərində israrlı davranmaq, Rusiyanı danışıqlara məcbur etmək niyyətindədir.

Çünki bu hədəflərə nail olacağı təqdirdə, Tramp administrasiyası ABŞ-ı beynəlxalq sülh vasitəçisi kimi təqdim etmək, eləcə də Ağ Evin qlobal siyasi-diplomatik rolunu bərpa etmək imkanları qazana bilər. ABŞ-ın strateji maraqları baxımından, Ağ Evin israrla irəliləməyə çalışdığı bu iki istiqamət həm də bir-birini tamamlayır. Yəni, iqtisadi sanksiyalar Rusiyanı daimi təzyiq altında saxlayır, siyasi-diplomatik mesajlar isə prezident Donald Trampın potensial “sülh uğuru” kimi formalaşdırılır.

Belə anlaşılır ki, ABŞ əslində, Ukrayna savaşının nizamlanma prosesini "kollektiv Qərbin gücü və sülh diplomatiyası"nın əsas simvolu kimi təqdim etməyə çalışır. Ona görə də, indi Rusiyanın “şərtli sülh” çağırışları və ABŞ-ın “şərtli siyasi-diplomatik dialoq” siyasəti bir-birinə paralel inkişaf edir. Və bu vəziyyət onu göstərir ki, nə Ağ Ev, nə də Kreml yaxın vaxtlarda Ukrayna böhranının tam həllinə hələ hazır deyil.

Əksinə, qarşıduran tərəflər - ABŞ və Rusiya indi müharibə ilə diplomatiya arasında yeni balans axtarışına məcbur qalıblar. Ağ Ev üçün bu, prezident Donald Trampın qlobal geopolitik iradəsini ön plana çəkmək, Kreml üçün isə Rusiyada ölkədaxili sabitliyi qorumaq vasitəsidir. Bu balans mərhələsi qlobal enerji bazarlarında, Avropanın təhlükəsizlik sistemində və Ukrayna savaş poliqonunda yeni strateji düzən də yarada bilər.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Oktyabr 2025 19:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see206

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see200

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see169

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see166

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see160

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see152

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see139

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see128

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see124

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri