Tramp Putinlə danışıqlarda uduzmayıb
Operativ MM saytından alınan məlumata görə, Icma.az bildirir.
“ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu yaxşı oynadı”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
“Tramp məni təəccübləndirdi. O, hamının gözlədiyinin əksinə olaraq, öz rolunu əla şəkildə oynadı”, – Lukaşenko bildirib.
Belarus lideri qeyd edib ki, ABŞ prezidenti rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar nəticəsində uduzmayıb, çünki bu görüşdə münaqişənin hər iki tərəfi iştirak etməyib və konkret razılaşmalar əldə olunması mümkün deyildi.
O əlavə edib ki, Tramp Rusiyanın mövqeyini öyrənmək məqsədilə vasitəçi kimi çıxış edib.

