Icma.az
close
up
RU
Tramp Putinlə niyə məhz orada görüşür? Kremlə simvolik mesaj

Tramp Putinlə niyə məhz orada görüşür? Kremlə simvolik mesaj

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında görüş avqustun 15-də Alyaskanın Ankoric şəhərindəki Elmenorf-Riçardson hərbi bazasında keçiriləcək. Bildirilir ki, hazırda Alyaskada turizm mövsümünün pik vaxtı olduğundan iki liderin görüşü üçün uyğun məkan tapmaqda çətinlik yaranıb. Araşdırmalar nəticəsində Elmenorf-Riçardson hərbi bazası bütün təhlükəsizlik və texniki tələblərə cavab verən yeganə məkan kimi müəyyən olunub.

Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu qərar ilk növbədə təhlükəsizlik və konfidensiallıq məsələləri ilə bağlıdır:

“Bu səviyyəli görüşlərin təşkili zamanı iki əsas amil nəzərə alınır. Birincisi, təhlükəsizlik, ikincisi isə məxfilikdir. ABŞ lideri daha öncə də yüksək səviyyəli danışıqları hərbi hava qüvvələrinə məxsus bazalarda keçirib. Belə məkanlar həm qonaqların öz təyyarələri ilə rahat şəkildə əraziyə daxil olmasına, həm də görüşün təhlükəsiz mühitdə təşkilinə imkan yaradır”.

Ə.Verdiyev həmçinin qeyd edib ki, Alyaska ABŞ və Rusiya arasında tarixi və strateji baxımdan əhəmiyyətli bölgədir:

“Vaxtilə Rusiya bu ərazini ABŞ-a cəmi 7.2 milyon dollara satıb. Bu gün isə həmin ərazidə ABŞ-ın ən iri qızıl yataqları yerləşir. ABŞ tərəfi görüşün məhz Alyaskada keçirilməsi ilə Rusiyaya simvolik mesaj vermək istəyir. Belə ki, bu torpaqların bir zamanlar Rusiya tərəfindən satıldığını xatırlatmaqla, Vaşinqton Ukraynanın işğalının Rusiyaya ciddi strateji üstünlük qazandırmadığını nümayiş etdirmək niyyətindədir”.

Ədalət Verdiyev

Politoloqun fikrincə, böyük ehtimalla Putin belə bir ərazinin seçilməsinə qarşı çıxıb:

“Lakin Trampın son dövrlərdə verdiyi bəyanatlar Rusiya liderinin geri addım atmasına və görüşün Alyaskada keçirilməsinə razılıq verməsinə vadar edib”.

CNN-in iki liderin görüşü üçün üçüncü bir ölkənin nəzərdə tutulduğuna dair məlumatlarına münasibət bildirən ekspert deyib ki, bu, həqiqəti əks etdirmir:

“ABŞ-ın həm dünyada, həm də öz ərazisində çoxsaylı hərbi bazaları mövcuddur. Belə strateji məkanların sayı heç də az deyil və bu cür görüşlər üçün optimal şərait yaradır”

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 Avqust 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri