Icma.az
close
up
RU
“Tramp Putinlə yaxınlaşdığı halda, dünya liderləri Ukraynaya yollanır“ “Politico“

“Tramp Putinlə yaxınlaşdığı halda, dünya liderləri Ukraynaya yollanır“ “Politico“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Avropa liderləri Zelenskinin ətrafında birləşmək və təhlükəsizlik təminatlarını müzakirə etmək niyyətindədir..."

Bir sıra dünya liderləri Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının ildönümündə Kiyevə səfər edəcək.

Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.

Nəşr qeyd edir ki, ABŞ prezidenti Donald Tramp administrasiyası Ukrayna ilə bağlı Amerika siyasətini dəyişdirir. Bu fonda Avropa İttifaqının liderləri və bir sıra ölkə rəhbərləri Ukrayna prezidenti Vladimir Zelenskinin ətrafında birləşmək və təhlükəsizlik təminatlarını müzakirə etmək üçün Kiyevə gedəcək.

Səfərin bazar ertəsi, 24 fevralda, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun üçüncü ildönümündə baş tutacağı gözlənilir.

İspaniya baş naziri Pedro Sançes, Avropa Şurasının prezidenti Antoniu Kosta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayyen Ukraynaya şəxsən gələcək.

Eyni zamanda, Litva, Latviya, Malta və Kanada liderləri ya şəxsən, ya da virtual formatda iştirak edəcək. Bir neçə rəsmi şəxs bu barədə nəşrə açıqlama verib. Avropa Parlamentinin prezidenti Roberta Metsola da görüşdə iştirak edəcək, lakin hansı formatda qoşulacağı hələ dəqiqləşdirilməyib.

"Səfər Rusiyanın genişmiqyaslı işğalının üçüncü ildönümündə baş tutacaq və bu, ABŞ prezidentinin Ukraynanı 2022-ci ilin fevralında Moskvanın başladığı müharibəni qızışdırmaqda ittiham etməsindən bir neçə gün sonraya təsadüf edir," - məqalədə vurğulanır.

Bundan əvvəl Avropa İttifaqı Komissarları Kollegiyası, Trampın fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya ilə apardığı danışıqlarda Avropa liderlərinin iştirak etmədiyini nəzərə alaraq, bloka aid təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Ukraynaya yollanacağını elan edib.

Ukrayna prezidenti Vladimir Zelenski fevralın 24-də Kiyevdə bir neçə dövlət başçısını və Avropa İttifaqı liderlərini qəbul edəcəyini təsdiqləyib.

Hazırda Ukrayna lideri müttəfiqləri bir araya gətirməyə çalışır. Bu, Trampın onu səriştəsiz və "seçkisiz diktator" adlandırmasından, habelə Ukraynanın, guya, ABŞ-ı hərbi yardıma on milyardlarla dollar xərcləməyə məcbur etdiyi iddiasından sonra baş verir. Trampın sərt bəyanatlarından sonra Avropa liderləri ehtiyatlı mövqe tutub, ukraynalı siyasətçilər, rəsmilər və hərbçilər isə öz prezidentlərini müdafiə edib.

Tədbirin təşkilatçılığında iştirak edən bir neçə şəxs təhlükəsizlik səbəbilə görüşə kimin qatılacağını açıqlaya bilməyəcəklərini bildirib. Xorvatiya, Danimarka, Norveç, Finlandiya, Polşa, Estoniya, İsveç, Belçika, İrlandiya, Niderland və Almaniya isə görüşdə iştirakı ilə bağlı nəşrin sorğusuna cavab verməyib.

Çexiya Ukraynaya dövlət başçısını göndərməyəcəyini bəyan edib. Fransa prezidenti Emmanuel Makronun gələn həftə Vaşinqtona səfəri gözlənilir. Fransanın keçmiş baş naziri Qabriel Attal isə həftə ərzində Kiyevdə olacağını təsdiqləyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Fevral 2025 20:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see186

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri